Azərbaycanın Avropaya fındıq ixracı asanlaşıb


Hazırda ölkəmizdən ixrac olunan bitkiçilik məhsulları arasında fındıq əhəmiyyətli yer tutur. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başladığı ilk gündən ixrac olunan fındıq məhsullarına nəzarəti daha da gücləndirib və bu sahədə ardıcıl tədbirlər həyata keçirib. Görülmüş tədbirlər nəticəsində ölkəmizdən Avropa İttifaqına (Aİ) ixrac zamanı fındıq partiyalarında aflatoksin aşkarlanma halları əvvəlki illərlə müqayisədə kəskin azalıb.

Belə ki, 2017-2018-ci illər ərzində ölkəmizdən Aİ-yə ixrac olunan fındıq məhsullarında aflatoksin aşkarlanması səbəbindən hər iki ildə 18 (ümumilikdə 26) notifikasiya daxil olub və yük partiyaları geri qaytarılıb, yük partiyalarının yoxlama tezliyi isə artırılıb. 2020-ci ildə cəmi 1, 2021-ci il üzrə isə 2 notifikasiya qeydə alınıb. Bu isə Aİ-nin AQTA-nın həyata keçirdiyi nəzarət sisteminə etimadını daha da artırıb və fındıq məhsullarının idxalı ilə bağlı tətbiq edilən bir sıra qaydaların sadələşdirilməsinə zəmin yaradıb.
Qeyd edək ki, Aİ-nin 2019-cu il müvafiq qərarına uyğun olaraq, Azərbaycandan Aİ ölkələrinə ixrac edilən fındıq məhsullarının hər yük partiyası laborator müayinəyə cəlb olunmalı və sağlamlıq sertifikatı ilə müşayiət edilməli idi.
Görülən işlərin və həyata keçirilmiş tədbirlərin məntiqi nəticəsi olaraq, Avropa İttifaqı Agentlik tərəfindən həyata keçirilən nəzarət sistemini yüksək qiymətləndirib. Belə ki, Aİ-nin müvafiq qurumu ölkəmizdən ixrac edilən fındıq partiyalarına 20% yoxlama tezliyi saxlanmaqla, toksikoloji laborator müayinəyə cəlb etmədən və müvafiq sənədlə müşayiət olunmadan hər yük partiyasının ixracına icazə verilməsinə dair qərar qəbul edib.  Bununla da, fındıq məhsulları Avropa İttifaqı ölkələrinə AQTA-nın nəzarəti altında risk əsaslı yanaşma tətbiq etməklə, qurumun zəmanəti əsasında ixrac olunacaq.
Bununla əlaqədar, Aİ-nin müvafiq Qərarına dəyişiklik edilərək, Azərbaycan Respublikası həmin Qərarın II Əlavəsindən çıxarılaraq, I Əlavəsinə daxil edilir. Yəni, bundan sonra məhsulun hər partiyası laborator müayinə edilmədən və sağlamlıq sertifikatı tələb olunmadan yalnız Agentliyin müvafiq zəmanəti əsasında Aİ-yə ixrac olunacaq.
Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlara əldə edilmiş müsbət tendensiyanın qorunub saxlanılması və daha da genişləndirilməsi üçün təhlükəsizlik tələblərinə əməl etməyə, məhsullarda aflatoksinin yaranmaması üçün aqrotexniki qaydalara, həmçinin normativ aktların tələblərinə riayət etməyə çağırır.
Bununla əlaqədar, AQTA tərəfindən nəzarət tədbirləri davam etdiriləcək və bu sahədə sahibkarlarla sıx əməkdaşlıq ediləcəkdir.

15-12-2021, 10:25 252

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041