İqtisadiyyat Nazirliyində Norveç səfiri ilə görüş keçirilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Norveç Krallığının Azərbaycandakı səfiri Erlinq Skyonsberq ilə görüşüb. Görüşdə hər iki ölkənin işgüzar tərəfdaşlığın genişlənməsində maraqlı olduğu bildirilib, iqtisadi əlaqələrin hazırkı vəziyyəti barədə məlumat verilib. Tərəflər neft-qaz, alternativ enerji, həmçinin ticarət, investisiya sahələrində ikitərəfli əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar