“Demirören” Holdinq Pirallahıya sərmayə yatıracaq


İqtisadiyyat Nazirliyində Türkiyənin “Demirören” Holdinqinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Holdinqlə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Sumqayit.tv xəbər verir ki, İqtisadiyyat Nazirliyi və “Demirören” Holdinq arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Demirören” Holdinqin İdarə Heyətinin sədri Yıldırım Demirören imzalayıblar. Memorandumda Azərbaycanda birgə müəssisə yaratmaqla əczaçılıq məhsullarının istehsalı və satışının təşkili nəzərdə tutulur. Müəssisənin tikintisi üçün Pirallahı Sənaye Parkında müvafiq ərazinin ayrılması, Azərbaycan İnvestisiya Şirkətinin layihədə iştirakı və ən azı, 150 nəfəri yerli olmaqla yeni iş yerlərinin açılması planlaşdırılır.
Memoranduma uyğun olaraq, “Demirören” Holdinq layihəyə 40 mln. ABŞ dollarınadək investisiya yatıracaq, istehsal prosesi ixtisaslı aparıcı şirkətlərin müvafiq lisenziyaları əsasında GMP standartlarına uyğun təşkil ediləcəkdir.
Anlaşmada həmçinin, bilik və təcrübələrin mübadiləsi, yerli universitetlərdə araşdırma və tədqiqat proqramlarının hazırlanması, sənayenin əlaqədar sahələrinin inkişafına dəstək göstərilməsi nəzərdə tutulur.
Qeyd: “Demirören” Holdinq Türkiyənin konqlomerat şirkətidir. Holdinq energetika, daşınmaz əmlak, tikinti, təhsil, media, reklam, turizm, rəqəmsal texnologiyalar sahələri üzrə şirkətləri özündə birləşdirir. Şirkətlər qrupu, həmçinin Türkiyənin ən aparıcı lotereya oyunlarının təşkilini həyata keçirir. İtaliyanın məşhur oyun operatoru “Sisal SpA” ilə ortaq təşəbbüs quran “Demirören” Holdinq 2019-cu ildə Türkiyənin milli lotereyası “Milli Piyango”nun yaxın 10 il üçün əməliyyat hüquqlarını əldə edib. Holdinq ən müasir beynəlxalq oyun texnologiyalarının idxalı ilə də məşğuldur.
“Demirören” Holdinq həmçinin, Türkiyənin ən böyük media qruplarından birinin sahibidir. Media qrupa “CNN Türk”, “Kanal D” kimi məşhur televiziya və radio kanalları, “Milliyət”, “Hürriyyət”, “Posta” və s. qəzetlər daxildir.
Bu ilin fevralında imzalanmış müqaviləyə əsasən, “Azərlotereya” ASC “Demirören” Holdinqə daxil olan “YMT Sans B.V.” şirkətinə idarəetməyə verilib. Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanaraq, “Demirören” Holdinq “Azərlotereya” ASC-dən sonra ikinci layihəsinə də qısa müddətdə başlamağa qərar verib.

17-12-2021, 13:24 199

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041