Azərbaycan manatı və Birləşmiş Ərəb Əmirlikləri dirhəmi Türkiyə Mərkəzi Bankı tərəfindən “Ticarətə aid xarici valyutalar” siyahısına əlavə edilib.Sumqayit.tv xəbər verir ki, bu haqda qərar Türkiyənin "Rəsmi qəzet"ində dərc olunub.
Bu qərarla TMB-nin manat və dirhəm alğı-satqısına yol açılıb.