Faydalı qazıntı yataqlarının növbəti hərracı keçirilib


Yer təkinin istifadəyə verilməsində azad rəqabət mühitini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.

Sumqayit.tv xəbər verir ki, 24 dekabr 2021-ci il tarixində Qazax rayonu ərazisində yerləşən “Həcərliqaya” və “Daşsalahlı” əhəng daşı, Qaradağ rayonu ərazisində yerləşən “Gülbaxt” və “Şahqaya” əhəng daşı, Abşeron rayonu ərazisində yerləşən “Zəyərdağ” və “Qırməki-II” kvars qumu yataqlarının istifadəyə verilməsi ilə bağlı Hərracların Təşkili Mərkəzində hərrac keçirilib.

Hərracla bağlı İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Qazax, Qaradağ və Abşeron Rayon İcra Hakimiyyətlərinin əməkdaşlarından ibarət Ekspert Komissiyası yaradılıb.

“Həcərliqaya” əhəng daşı 1, “Daşsalahlı” əhəng daşı 3, “Gülbaxt” əhəng daşı 3, “Şahqaya” əhəng daşı 3, “Zəyərdağ” kvars qumu 1, “Qırməki II” kvars qumu 1 Lot üzrə hərraca çıxarılıb.

Hərracda iştirak edən “Cavadoğlu” firması Qazax rayonu ərazisində yerləşən “Həcərliqaya” əhəng daşı yatağından (LOT-1), “Nigar” MMC Qazax rayonu ərazisində yerləşən “Daşsalahlı” əhəng daşı (LOT-1), fiziki şəxs Həsənov Bəhram Sarif oğlu Qazax rayonu ərazisində yerləşən “Daşsalahlı” əhəng daşı (LOT-2), fiziki şəxs Cürənli Elyar Firudin oğlu Qazax rayonu ərazisində yerləşən “Daşsalahlı” əhəng daşı (LOT-3), “ARAZ-Mİ” MMC Qaradağ rayonu ərazisində yerləşən “Gülbaxt” əhəng daşı (LOT-1, LOT-2 və LOT-3), fiziki şəxs Mahmudov Sarvan Mirzağa oğlu Qaradağ rayonu ərazisində yerləşən “Şahqaya” əhəng daşı (LOT-1 (I Blok), LOT-2 (II Blok), LOT-1 (III Blok)), fiziki şəxs Şamilov Nicat Oktay oğlu Qaradağ rayonu ərazisində yerləşən “Şahqaya” əhəng daşı (LOT-2 və LOT-3), ”AAC” MMC Abşeron rayonu ərazisində yerləşən “Zəyərdağ” kvars qumu (LOT-1), fiziki şəxs Həsənov Məhərrəm Hüseynqulu oğlu Abşeron rayonu ərazisində yerləşən “Qırməki-II” kvars qumu (LOT-1) yataqlarından istifadə hüququ qazanıb.

28-12-2021, 15:14 599

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041