Azərbaycanda qoyun və keçilərin güzəştli sığortası başlayıb



Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən yeni aqrar sığorta mexanizmi çərçivəsində sığortalanan kənd təsərrüfatı heyvanlarının siyahısı genişləndirilib.
Sumqayit.tv xəbər verir ki, Aqrar Sığorta Fondundan verilən məlumata görə, bundan sonra südlük inək və camışlarla yanaşı, ətlik mal-qara, eləcə də qoyun və keçiləri də sığortalamaq mümkün olacaq.
Yeniliyə əsasən, 11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlar (qoyun və keçilər) sığorta ediləcək. Bu sığorta ilə həm xaricdən gətirilən cins, həm də yerli heyvanları sığortalamaq mümkündür.
Aqrar sığortanın əhatə etdiyi digər sahələrdə olduğu kimi, qoyun və keçilərin sığortası zamanı da fermerlər sığorta haqqının yalnız yarısını ödəyir, pulunu qalan hissəsini fermerlərə dəstək üçün dövlət ödəyir.
Aqrar Sığorta Fondundan verilən məlumata görə, qaydalara əsasən, sığortalanan qoyun və keçilər peyvəndlənməli, birkalanmalı, Elektron Kənd Təsərrüfatğı İnformasiya Sistemində (EKTİS) qeydiyyata alınmalı, qapalı yerdə saxlanılmalı və saxlandığı yer Nazirlər Kabinetinin təsdiqlədiyi «Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları»na uyğun olmalı, heyvanlara qarşı baytarlıq tədbirləri və onların qidalanması qaydalara uyğun təmin edilməlidir.
Aqrar sığorta vasitəsilə heyvanlar çoxsaylı risklərdən sığortalanır. Bura yoluxucu xəstəliklər, ilan və həşarat sancması, təbii fəlakətlər, zəhərli otlar və yemlərdən zəhərlənmə, kimyəvi maddələrin təsiri ilə zəhərlənmə, vəhşi heyvanların hücumu, təbii fəlakətlər və yanğın, heyvanın nəqliyyat vasitəsi – avtomobil və ya qatarla vurulması nəticəsində heyvanların ölümü, oğurluq, eləcə də heyvanların məcburi kəsimi aiddir.
Qeyd edək ki, təbii fəlakət dedikdə zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu, sel və ya subasma, leysan, ildırırm, şaxtavurma (donvurma) və normadan artıq yağan qar yağıntıları) nəticəsində heyvanın ölümü nəzərdə tutulur.
Aqrar sığorta çərçivəsində qoyun və keçilərin sığortalanması üçün sığota tarifi 6,4-7,0% arasında dəyişir.
Azadolma məbləğindən asılı olaraq sığorta tarifi dəyişir. Belə ki, azadolma məbləği 10% olduqda, sığorta tarifi 7%, azadolma məbləği 20% təşkil etdikdə sığorta tarifi 6,4% təşkil edir. Nəticədə fermerlər cüzi ödəniş etməklə keçi və qoyunları sığortalaya bilərlər.
Misal 1: Qiyməti 300 manat olan yerli cinsli qoyun və ya keçi sığorta ediləndə 
10%-lik azadolma halında sığorta haqqı 21 manat (300 x 7,0%) təşkil edir ki, bu məbləğin yarısını - 10,5 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.
Sığorta hadisəsi baş verdikdə qoyunun sahibinə onun qiymətinin 90%-i - 270 manat ödənilir.
0%-lik azadolma halında isə ümumi sığorta haqqı 19,2 manat (300 x 6,4%) təşkil edir ki, bu məbləğin yarısını – 9,6 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.
Bu halda sığorta hadisəsi baş verdikdə qoyunun sahibinə onun dəyərinin 80%-i – 240 manat ödənilir.
Misal 2: Qiyməti 600 manat olan xarici cinsli qoyun və ya keçi sığorta ediləndə 
10%-lik azadolma halında sığorta haqqı 42 manat (600 x 7,0%) təşkil edir ki, bu məbləğin yarısını - 21 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.
Sığorta hadisəsi baş verdikdə qoyunun sahibinə onun qiymətinin 90%-i - 540 manat ödənilir.
20%-lik azadolma halında isə ümumi sığorta haqqı 38,4 manat (600 x 6,4%) təşkil edir ki, bu məbləğin yarısını – 19,2 manatını fermer, qalan yarısını isə dövlət ödəyir. Bu halda sığorta hadisəsi baş verdikdə qoyunun sahibinə onun dəyərinin 80%-i – 480 manat ödənilir.
Qaydalara əsasən, sığorta müqaviləsi daha uzun müddətə bağlandıqda sığorta tarifləri azalır. Bundan başqa, bəzi hallarda fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər nəzərdə tutulub. Belə ki, yaşı 29-dan aşağı olan fermerlər «gənc fermer» güzəştindən istifadə etməklə sığorta haqqını 5% az ödəyəcəklər.


6-01-2022, 15:25 190

Digər xəbərlər

Sumqayıtda məktəb yaxınlığında anti-sanitariya vəziyyəti – sakinlər narazıdır -FOTO

Sumqayıtın mərkəzində ağır tonnajlı maşın problemi – "Qarabağ" kinoteatrının qarşısı dayanacağa çevrilib - FOTO

Sumqayıtda 13 yaşlı uşaq boğulma nəticədə həyatını itirdi

Sumqayıtlı avtomobil həvəskarı klassik maşını ilə Bakı sərgisində - FOTO

Sumqayıtda dənizkənarı evlər kirayə mənzil proqramına daxil edildi

Sumqayıtlı cüdoçular U-14 Liqa yarışında 4 medal qazandılar - FOTO

Sumqayıtda torpaq hərracları keçiriləcək

Sumqayıtdan digər regionlara sərnişin daşınan avtobusların 45 %-i yenilənib

AFFA Sumqayıtda azyaşlı futbolsevərlərə dəstək oldu

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 10 ildə 15 milyard manatlıq məhsul satıb

Şahmatdan tibbə: Uğurla dolu bir yol-FOTO

Qaz və işıq limiti ilə bağlı ÖNƏMLİ XƏBƏR - Yaxın aylarda..

Sumqayıtda evli kişi sevgilisinin keçmiş ərini döydü – MƏHKƏMƏ

Sumqayıt–Quba marşrutu üzrə yeni daşıyıcı müəyyən edilib

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

Bu gün Sumqayıtın 600 abonenti qazsız qalacaq

SDU yeni tədris ilinə rektor əvəzi ilə başlayır

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın xarici siyasətində balanslı və çoxşaxəli yanaşmanı nümayiş etdirir

Xalqına sədaqətlə xidmət edən ailə - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 962
Bu gün, 10:28
Bu gün, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
28-08-2025, 12:33
28-08-2025, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
27-08-2025, 14:42
27-08-2025, 13:43
27-08-2025, 13:22
27-08-2025, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
1 2 3 4 5 6 7 8 9 10 ... 962