Əmlak idarəçiliyi xidmətlərindən istifadə sayı 2 milyonu keçib


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əhalinin ictimai xidmətlərdən istifadəsinin sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin olunması, xidmətlərdən real vaxt rejimində yararlanması məqsədilə elektron xidmətlərin sferasını genişləndirir. Ötən il ərzində bu sahədə uğurlu nəticələr əldə edilib. 

Sumqayit.tv xəbər verir ki, Xidmət tərəfindən 2021-ci ildə “Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması”, “E-Plan və Ölçü sənədinin yoxlanılması”, “Hüquq sahibinin sifarişi əsasında daşınmaz əmlakın qeydiyyatına dair sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi” elektron xidmətləri istifadəyə verilib.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda 44 elektron xidmət vətəndaşların istifadəsindədir. Bunlardan 41-i interaktiv, 3-ü isə informativ xidmətlərdir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də Xidmətin elektron xidmətlər portalı (www.e-emlak.gov.az) üzərindən təqdim olunur.
Ötən il ərzində Dövlət Xidməti tərəfindən vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 2.085.482 elektron xidmət göstərilib. 2020-ci illə müqayisədə  elektron xidmətlərdən istifadə sayı 189.075 və ya 9.1 % çox olub.
Elektron həllərin tətbiqi vətəndaşların daha çox istifadə etdiyi xidmətlərə istiqamətlənib. Belə ki, elektron xidmətlərin 29-u daşınmaz əmlakın qeydiyyatı sahəsinə aiddir. Dövlət əmlakının özəlləşdirilməsi üzrə 10, dövlət əmlakının idarə edilməsi və icarəsi üzrə 3, kadastr sahəsi üzrə 2 xidmət elektron formada həyata keçirilir.
Aparılmış təhlillər göstərir ki, istifadəçilərin böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir. Belə ki, 2021-ci il ərzində daşınmaz əmlakın qeydiyyatı üzrə elektron xidmətlərdən istifadə sayı 1.491.517 olub. Ən çox istifadə olunan elektron xidmət isə “Elektron çıxarışın yoxlanması”dır. Bu xidmətdən istifadə sayı 1.354.792-dir.
Bundan başqa, əmlak idarəçiliyi sahəsində onlayn xidmətlər də bu sahədə rahatlığı və operativliyi əhəmiyyətli dərəcədə artırıb. Belə ki, vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışı (Forma-1) notariuslarda onlayn rejimdə əldə edirlər. Ötən ildə bu imkandan yararlanların sayı 567.124 olub.
Bu dövrdə qurumun digər fəaliyyət sahələri olan dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsinə dair elektron xidmətlər üzrə 21.866 müraciət qəbul edilib. Qeyd edilən sahələr üzrə elektron xidmətlərin arasında ən çox istifadə edilən xidmət “Daşınmaz əmlak üzrə icarə və digər borcların ödənilməsi”dir. Bunlarla yanaşı, dövlət əmlakının özəlləşdirilməsi hərraclarında iştirak üçün sifarişlərin qəbulu da elektron xidmət vasitəsilə aparılır.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti innovasiyaların tətbiqi, xidmət sferasının genişləndirilməsi, prosedurların optimallaşdırılması və vətəndaş məmnunluğunun artırılması istiqamətində işləri davam etdirir.



4-02-2022, 11:18 160

Digər xəbərlər

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi - FOTO

"Sumqayıt" klubu baş məşqçisi ilə əməkdaşlığı davam etdirəcək

Sumqayıt sənaye zonası Azərbaycanın qeyri-neft ixracının əsas mərkəzinə çevrilib

Prezident ŞƏT tədbirində çıxış etdi

Sumqayıtda məktəb yaxınlığında anti-sanitariya vəziyyəti – sakinlər narazıdır -FOTO

Sumqayıtın mərkəzində ağır tonnajlı maşın problemi – "Qarabağ" kinoteatrının qarşısı dayanacağa çevrilib - FOTO

Sumqayıtda 13 yaşlı uşaq boğulma nəticədə həyatını itirdi

Sumqayıtlı avtomobil həvəskarı klassik maşını ilə Bakı sərgisində - FOTO

Sumqayıtda dənizkənarı evlər kirayə mənzil proqramına daxil edildi

Sumqayıtlı cüdoçular U-14 Liqa yarışında 4 medal qazandılar - FOTO

Sumqayıtda torpaq hərracları keçiriləcək

Sumqayıtdan digər regionlara sərnişin daşınan avtobusların 45 %-i yenilənib

AFFA Sumqayıtda azyaşlı futbolsevərlərə dəstək oldu

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 10 ildə 15 milyard manatlıq məhsul satıb

Şahmatdan tibbə: Uğurla dolu bir yol-FOTO

Qaz və işıq limiti ilə bağlı ÖNƏMLİ XƏBƏR - Yaxın aylarda..

Sumqayıtda evli kişi sevgilisinin keçmiş ərini döydü – MƏHKƏMƏ

Sumqayıt–Quba marşrutu üzrə yeni daşıyıcı müəyyən edilib

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

1 2 3 4 5 6 7 8 9 10 ... 963
Bu gün, 15:22
Bu gün, 15:16
Bu gün, 15:13
Bu gün, 15:04
Bu gün, 10:28
Bu gün, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
28-08-2025, 12:33
28-08-2025, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
27-08-2025, 14:42
27-08-2025, 13:43
27-08-2025, 13:22
27-08-2025, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
1 2 3 4 5 6 7 8 9 10 ... 963