Bu ilin ilk ayında 24.101 daşınmaz əmlak üzrə mülkiyyət hüququnun qeydiyyatı aparılıb



İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti digər sahələrdə olduğu kimi, daşınmaz əmlakın qeydiyatında da operativliyə, şəffaflığa, vətəndaş məmnunluğuna xüsusi önəm verir. 

Bu sahədə tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə imkan yaradıb. Belə ki, cari ilin yanvar ayı ərzində 24.101 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 19.3 % çoxdur.

Aylıq göstəricinin 4.101-i (17,02%-i) ilkin, 20.000-i (82.98%-i) isə təkrar qeydiyyatın payına düşüb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3.798-i fərdi yaşayış və bağ evi, 6.835-i mənzil, 12.534-ü torpaq sahəsi, 293-ü qeyri-yaşayış binası, 576-sı qeyri-yaşayış sahəsi, 61-i əmlak kompleksi, 4-ü  isə çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, cari ilin yanvar ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 6.501-i Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.
Daşınmaz əmlakın ilkin qeydiyyatı - Statistika
Cari ilin ilk ayı ərzində 1.273 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 40% artıb. Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 6,3% artaraq 1.057 olub.
Cari ilin yanvar ayı ərzindəki texniki pasportun və ipoteka müqaviləsinin sayı
Bu ilin ilk ayı ərzində 18.608 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% artım deməkdir. 2021-ci ilin yanvar ayında qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin ilk ayı ilə müqayisədə 86,9% artaraq 5.132 olub.


11-02-2022, 16:33 162

Digər xəbərlər

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Dünən, 18:24
Dünən, 18:20
Dünən, 15:01
Dünən, 11:17
Dünən, 11:05
Dünən, 10:40
Dünən, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
1 2 3 4 5 6 7 8 9 10 ... 1059