Ağdam Sənaye Parkının rezidentləri


 
İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkara sənaye parkının rezidenti statusu verilib.

“Dadaş-N” MMC
Müxtəlif çeşiddə sintetik xalçaların istehsalı ilə məşğul olacaq “Dadaş-N” MMC Ağdam Sənaye Parkında 2 ha ərazidə fabrik inşa edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində il ərzində 700 min kvadratmetr xalça istehsalı, 60 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Məhsul istehsalında polipropilen, polietilen və poliakril kimi yerli xammaldan istifadə olunacaq. İstehsal prosesində Belçika və Çin texnologiyaları tətbiq ediləcək. İstehsal olunan məhsulların daxili bazarda satılması ilə yanaşı, MDB ölkələrinə ixracı planlaşdırılır.
“Veliev” MMC
Ağdam Sənaye Parkının digər rezidenti “Veliev” MMC tərəfindən “Prefabrik dəmir-beton məmulatları istehsalı” layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində körpülərin, sənaye və yaşayış binalarının tikintisi üçün gərginləşdirilmiş dəmir beton dirəklərin, kirişlərin, fermaların, döşəmə panellərinin, üfüqi su novlarının, dəmir beton dirəklərin, müxtəlif növ hasarların, kanalizasiya borularının, səki və divar daşlarının, yaşayış binalarının tikintisi üçün izolyasiyalı panellərin və s. istehsalı nəzərdə tutulur. Dəyəri 2,5 milyon manat təşkil edən layihə çərçivəsində il ərzində 200 min kvardat metr dəmir beton məmulatlarının istehsalı planlaşdırılır. Müəssisədə 80 daimi iş yeri yaradılacaq. Türkiyə və yerli texnologiyalardan istifadə ediləcək müəssisədə istehsal olunan məhsullar ilkin olaraq daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.
 “Smartpoint” MMC
Ağdam Sənaye Parkının rezidenti “Smartpoint” MMC Sənaye Parkının ərazisində alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların istehsalını təşkil edəcək. Layihənin investisiya dəyəri 9,1 milyon manatdır. Layihə çərçivəsində yaradılacaq müəssisədə Türkiyə və İtaliya texnologiyalarından istifadə ediləcək. Müəssisədə ildə 21 min işıq dirəyi və 40 meqavat gücündə digər qurğuların istehsal olunması nəzərdə tutulur. “Smartpoint” MMC Sənaye Parkının rezidentləri üçün bütün güzəştlərdən (tam infrastruktur təminatı və vergi azadolmaları) faydalanacaq. Sənaye Parkının 1,3 hektar ərazisində inşa ediləcək müəssisədə 80 daimi iş yeri yaradılacaq. Müəssisənin tikintisinə başlandıqdan sonrakı 6 ay müddətində istismara verilməsi nəzərdə tutulur. İstehsal edilən məhsulların daxili bazarda satılması ilə yanaşı, Gürcüstan, Qazaxıstan və Özbəkistana da ixrac olunması planlaşdırılır.
“Ram Beynəlxalq Nəqliyyat və Ticarət” MMC
Ağdam Sənaye Parkının daha bir rezidenti “Ram Beynəlxalq Nəqliyyat və Ticarət” MMC tərəfindən “Polimer məhsulların istehsalı” layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində müxtəlif çeşidli iri kisələrin və iri həcmli plastik konteynerlərin istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 10 milyon manatdır. Sənaye Parkının 3 hektar ərazisində inşa ediləcək müəssisədə 500 daimi iş yeri yaradılacaq. Müəssisənin tikintisinə başlandıqdan sonrakı 12 ay müddətində istismara verilməsi nəzərdə tutulur. İstehsal edilən məhsulların daxili bazarda satılması ilə yanaşı, Avropa və MDB ölkələrinə ixrac olunması planlaşdırılır.
“Ağ Tekstil” MMC
Ağdam Sənaye Parkının rezidenti “Ağ Tekstil” MMC tərəfindən “Uniforma, xüsusi və fərdi geyimlərin istehsalı” layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində uniforma, xüsusi və fərdi geyimlərin istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 5,5 milyon manatdır. Sənaye Parkının 1 hektar ərazisində inşa ediləcək müəssisədə 110 daimi iş yeri yaradılacaq. Müəssisənin tikintisinə başlandıqdan sonrakı 12 ay müddətində istismara verilməsi nəzərdə tutulur. İstehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.


16-02-2022, 16:26 191

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041