Pestisid və aqrokimyəvi maddələr üzrə monitorinqlər başlayır


Son dövrlərdə fermerlər tərəfindən ölkə ərazisində satılan bitki mühafizəsi vasitələrinin keyfiyyətinin və tətbiq edilən preparatların zərərli orqanizmlərə qarşı təsirinin aşağı olması barədə Kənd Təsərrüfatı Nazirliyinə və Qida Təhlükəsizliyi Agentliyinə müraciətlər edilir.

Bu səbəbdən ölkədə satılan pestisid və aqrokimyəvi maddələrin keyfiyyət göstəricilərinin, bu preparatların tərkibinin etiket üzərində qeyd edilmiş məlumatlara uyğunluğunun, saxtalaşdırma hallarının olub-olmamasının aydınlaşdırılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən birgə monitorinqlərin keçirilməsinə başlanılır.
Monitorinqlərin keçirilməsində əsas məqsəd ölkəmizdə istehsal olunmuş, həmçinin idxal edilmiş məhsullar arasında yalnız keyfiyyət tələblərinə cavab verən məhsulların ölkə bazarında dövriyyəyə buraxılması və bununla da, fermerlərin keyfiyyətli preparatlardan istifadəsini təmin etməkdir.
Monitorinqlərdə satış müəssisələrinin ətraf mühitə və insan sağlamlığına təsiretmə dərəcəsinə, preparatların etiket məlumatlarına uyğun saxlanma şəraitinin təmin edilməsinə, istifadəyə yararlılıq müddətinə, qabların hermetikliyinə, dövlət qeydiyyatına alınmış preparatlar siyahısında olub-olmamasına və digər vacib məsələlərə nəzarət ediləcəkdir.
Satış müəssisələrində məhsullardan müvafiq qaydada nümunələr götürülərək keyfiyyət göstəricilərinin yoxlanılması məqsədilə laboratoriya sınaqlarına göndəriləcək. Müayinələr nəticəsində uyğunsuzluq aşkar edildiyi təqdirdə, həmin müəssisələr barədə qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcəkdir.

15-03-2022, 11:11 180

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041