Toxumluq əkinlərin qeydiyyatı elektron sistem vasitəsilə ilə həyata keçirilir



Cari ildən etibarən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) “Toxum” modulu fəaliyyətə başlayıb.

Modulda toxumluq əkin bəyanlarının qəbulu, aprobasiyası, o cümlədən, istehsal olunmuş toxumların sertifikatlaşması kimi proseslərinin ayrı-ayrı mərhələləri elektronlaşdırılıb.
Bununla da toxumçuluq fəaliyyəti ilə məşğul olan fermerlərə EKTİS-də öz şəxsi elektron kabinetlərinə daxil olaraq toxumluq əkin bəyanları haqqında məlumatları əlavə etmək imkanı yaradılıb. Bu baxımdan toxumluq əkin prosesinin mərhələlərlə həyata keçirilməsi (toxumluq əkin bəyanı, aprobasiya və sertifikatlaşma) müvafiq təsərrüfatların işlərinin həm şəffaf, həm də daha asan və səmərəli formada həyata keçirilməsinə şərait yaradır.
Eyni zamanda, Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin mütəxəssisləri tərəfindən qeyd olunan proseslərin EKTİS-ə inteqrasiyası üçün Regional Mərkəzlərin, DAİM əməkdaşlarının və toxumçu fermerlərin məlumatlandırılması üçün onlayn formatda təlimlər keçirilib. Hazırda Mərkəz tərəfindən bəyanlar ilə bağlı fermerlərə müvafiq dəstək göstərilməkdədir.
Aqrar sahədə bu innovativ texnologiyaların tətbiqi düzgün təhlillərin aparılmasına və tələbata uyğun toxum istehsalının təkmilləşdirilməsinə təkan verəcək. Qeyd edək ki, cari ilin məhsulu üçün 150-dən çox toxumçuluq təsərrüfatı tərəfindən 52000 hektar sahə üzrə payızlıq əkinlər (toxumluq arpa və buğda) barədə məlumatlar EKTİS-ə daxil edilib və proses davam edir.

29-03-2022, 14:40 385

Digər xəbərlər

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
1 2 3 4 5 6 7 8 9 10 ... 1060