Pilot rayonlarda heyvanların identifikasiyası həyata keçirilir

Azərbaycan Respublikasının Prezidentinin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə heyvandarlığın mövcud vəziyyəti barədə etibarlı məlumat bazasının formalaşdırılması məqsədi ilə kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı sisteminin yaradılmasının təmin edilməsi tapşırılıb. İdentifikasiyanın həyata keçirilməsində məqsəd hər bir baş heyvanın yerdəyişməsinə, izlənilməsinə, xəstəliklərə nəzarətin təmin edilməsinə və heyvan mənşəli məhsulların “fermadan süfrəyədək” nəzarətinə nail olmaqdır.

Bununla əlaqədar olaraq kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı sisteminin yaradılması və tətbiqi üzrə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə “Tədbirlər Planı” təsdiq edilib. “Tədbirlər Planı”na uyğun olaraq müvafiq proqram təminatı hazırlanıb və təlimlər  keçirilib
Heyvanların identifikasiyası sistemini sınaqdan keçirmək üçün pilot kimi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu seçilib. Həmin ərazilərdə baytarlıq fəaliyyəti ilə məşğul olan 29 özəl baytar həkimi ilə heyvanların birkalanması və həmin heyvanlar barədə toplanan məlumatları sistemə daxil etmək üçün xidməti  müqavilə bağlanılıb. Onlara təlimlər keçirilib, lazım olan avadanlıq və ləvazimatlarla təmin olunublar.
Bu məqsədlə Aqrar Xidmətlər Agentliyinin və Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin nümayəndələri və özəl baytar həkimlərin iştirakı ilə Abşeron rayonu Masazır qəsəbəsində fərdi heyvandarlıq təsərrüfatında heyvanların birkalanması və məlumatların sistemə daxil edilməsi prosesi həyata keçirilib.  
Ümumiyyətlə bugünədək Abşeron rayonu üzrə 20 176 baş, Sumqayıt şəhəri üzrə 3 210  baş və Bakı şəhəri üzrə 17 800 baş iribuynuzlu heyvan  birkalanıb, təsərrüfat və heyvanlar  haqqında məlumatlar heyvanların identifikasiyası  və qeydiyyat sisteminə daxil edilib.
Proses davam etdirilir.
Pilot rayonlarda heyvanların identifikasiyası həyata keçirilir

15-04-2022, 10:20 207

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041