“Aqro Data” layihəsinin bağlanış mərasimi keçirilib


“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, “Aqrar Tədqiqatlar Mərkəzi” və “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin tərəfdaşlığı ilə “Aqro Data” layihəsinin bağlanış mərasimi keçirilib. 

Aqrar sahədə ikinci dəfə reallaşdırılan “Aqro Data” layihəsinin bağlanış mərasimi Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Paşayev, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev, Azərbaycan-Fransız Universitetinin Kompüter mühəndisliyi üzrə Proqram Koordinatoru Samer El Zantın iştirakı ilə Azərbaycan-Fransız Universitetində (UFAZ) baş tutub.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Paşayev gənclərə yeniliklərə açıq olmağı və fəaliyyətlərini aqrar sahədə davam etdirməyi tövsiyə edib. Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə gənclərə gələcəkdə uğurlu karyera qurmaq üçün data analitikasının incəliklərini öyrənməyi tövsiyə edib. “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev isə çıxışında təşkilatın fəaliyyəti, gələcək perspektivləri, şəxsi inkişaf və aqrar sahədə gənclərin rolundan bəhs edib.
Azərbaycan-Fransız Universitetinin Kompüter mühəndisliyi üzrə Proqram Koordinatoru Samer El Zant çıxışında data analitikasının əhəmiyyətini vurğulayaraq müasir dövrün tələblərinə uyğun olaraq gənc iştirakçılara bu sahədə təkmilləşməyi məsləhət bilib.
Layihə çərçivəsində kənd təsərrüfatı və data analitikası modulları əsasında bir sıra təlimlər həyata keçirilib. Aqrar sahədə data analitikasının tətbiqi istiqamətində gənclərin məlumatlandırılması məqsədilə təlimlərə bu sahədə peşakarlaşmış mütəxəssislər cəlb olunub. Bəhruz Nuriyev, İzzət Talıbov, Pərviz Əliyev, Behbud Ramazan, Surxay Novruzlu, Bayramov Səhman, Firdovsi Fikrətzadə, Günel Musayeva və digər peşəkar mütəxəssislər tərəfindən keçirilən təlimlərdə gənclər aqrar sahə və data analtikası ilə bağlı zəruri biliklərə yiyələniblər. Həyata keçirilən səfər və təlimlər nəticəsində gənclərin əldə etdikləri biliklərin yoxlanılması məqsədilə praktiki komanda tapşırıqları icra olunub.
Bağlanış mərasimində iştirakçılar kənd təsərrüfatı, data analitikası və digər modullar üzrə keçirilən təlimlər və tapşırıqlar əsasında öyrəndikləri bilik və bacarıqları nümayiş etdirmək üçün təqdimatla çıxış ediblər.
Sonda layihə iştirakçılarına sertifikat təqdim edilib.
“Aqro Data” layihəsinin bağlanış mərasimi keçirilib “Aqro Data” layihəsinin bağlanış mərasimi keçirilib “Aqro Data” layihəsinin bağlanış mərasimi keçirilib “Aqro Data” layihəsinin bağlanış mərasimi keçirilib “Aqro Data” layihəsinin bağlanış mərasimi keçirilib “Aqro Data” layihəsinin bağlanış mərasimi keçirilib “Aqro Data” layihəsinin bağlanış mərasimi keçirilib “Aqro Data” layihəsinin bağlanış mərasimi keçirilib “Aqro Data” layihəsinin bağlanış mərasimi keçirilib






21-04-2022, 11:40 185

Digər xəbərlər

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi - FOTO

"Sumqayıt" klubu baş məşqçisi ilə əməkdaşlığı davam etdirəcək

Sumqayıt sənaye zonası Azərbaycanın qeyri-neft ixracının əsas mərkəzinə çevrilib

Prezident ŞƏT tədbirində çıxış etdi

Sumqayıtda məktəb yaxınlığında anti-sanitariya vəziyyəti – sakinlər narazıdır -FOTO

Sumqayıtın mərkəzində ağır tonnajlı maşın problemi – "Qarabağ" kinoteatrının qarşısı dayanacağa çevrilib - FOTO

Sumqayıtda 13 yaşlı uşaq boğulma nəticədə həyatını itirdi

Sumqayıtlı avtomobil həvəskarı klassik maşını ilə Bakı sərgisində - FOTO

Sumqayıtda dənizkənarı evlər kirayə mənzil proqramına daxil edildi

Sumqayıtlı cüdoçular U-14 Liqa yarışında 4 medal qazandılar - FOTO

Sumqayıtda torpaq hərracları keçiriləcək

Sumqayıtdan digər regionlara sərnişin daşınan avtobusların 45 %-i yenilənib

AFFA Sumqayıtda azyaşlı futbolsevərlərə dəstək oldu

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 10 ildə 15 milyard manatlıq məhsul satıb

Şahmatdan tibbə: Uğurla dolu bir yol-FOTO

Qaz və işıq limiti ilə bağlı ÖNƏMLİ XƏBƏR - Yaxın aylarda..

Sumqayıtda evli kişi sevgilisinin keçmiş ərini döydü – MƏHKƏMƏ

Sumqayıt–Quba marşrutu üzrə yeni daşıyıcı müəyyən edilib

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

1 2 3 4 5 6 7 8 9 10 ... 963
Bu gün, 15:22
Bu gün, 15:16
Bu gün, 15:13
Bu gün, 15:04
Bu gün, 10:28
Bu gün, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
28-08-2025, 12:33
28-08-2025, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
27-08-2025, 14:42
27-08-2025, 13:43
27-08-2025, 13:22
27-08-2025, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
1 2 3 4 5 6 7 8 9 10 ... 963