Özəlləşdirmə çekləri ilə bağlı deputatdan ŞAD XƏBƏR

Son dövrlərdə özəlləşdirmə çeklərinin tədavül müddətinin uzadılacağı ilə bağlı ictimaiyyət arasında fikir formalaşıb. Təsadüfi deyil ki, bir sıra millət vəkilləri də çıxışlarında bu məsələni gündəmə gətirərək, çeklərin yenidən istifadəsinə şərait yaradılmasının zəruriliyini qeyd ediblər.

Bəs, özəlləşdirmə çeklərinin tədavül müddətinin uzadılması nə qədər realdır?
Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, özəlləşdirmə çeklərinin tədavül müddətinin uzadılması məsələsi müzakirəyə çıxarılıb:
“İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müzakirələrində sözügedən məsələyə toxunulub. Lakin qeyd etməliyəm ki, özəlləşdirmə çeklərinin yenidən istifadə edilməsi ilə bağlı fikir yoxdur. Şəxsən mən təklif etmişəm ki, özəlləşdirmə çeklərindən istifadə etmək lazımdır. Çünki bu onların payıdır. Ailələr vaxtında müəyyən səbəblərdən dolayı onlardan istifadə etməyiblər, lakin indi istifadə etməyə ehtiyac var”.
Millət vəkilli qeyd edib ki, təklif olunmasına rəğmən məsələ ilə bağlı son qərar hökumətindir:
“Buna hökumət qərar verəcək ki, həmin çeklərdən istifadə etmək olar, ya olmaz. Çünki investisiya layihələrindən başqa bəzi şirkətlər arasında özəlləşdirmə prosesi də gedəcək. Ola bilsin ki, bununla bağlı o zaman qərar verilsin. Lakin sözügedən məsələ artıq bizim yox, hökumətin verəcəyi qərardır”.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 1 yanvar 2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb.
Bununla dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirib və vətəndaşların həmin çeklərdən istifadə edərək hər hansı hüquq və ya gəlir əldə etməsi mümkünsüz olub.

21-04-2022, 11:40 313

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041