“Bu ilin əvvəlindən Azərbaycanda sahibkarlara dövlət dəstəyi çərçivəsində 368 layihənin maliyyələşdirilməsi üçün 13,3 milyon manat güzəştli kredit verilib”.
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” səhifəsindəki paylaşımında qeyd edib.
“Bununla da 344 yeni iş yerinin yaradılmasına imkan yaradılıb”, - deyə nazir əlavə edib.