“Daşgil-2” terminalının tikintisi 2025-ci ildə tamamlanacaq”

“Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid-Babək” qaz-kondensat blokundan hasil olunacaq qaz və kondensatın ilkin emalını həyata keçirəcək “Daşgil-2” terminalının tikintisi 2025-ci ilin dördüncü rübündə tamamlanacaq”.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.
Verilən məlumata görə, layihə çərçivəsində mühəndislik işlərinin “FEED” (ilkin layihələndirmə - red.) mərhələsi artıq tamamlanıb, işlər hazırda detallı layihələndirmə mərhələsindədir.
Qeyd olunub ki, satınalmalar davam edir və bir sıra avadanlıqlar üçün tamamlanıb. Tikinti baxımından, ilkin torpaqlama işləri tamamlanıb, o cümlədən müvəqqəti yollar, binalar və şəhərcik salınıb, hasarlama aparılıb.
“Əsas tikinti üçün sahəyə mobilizasiya işlərinə başlanılmışdır. Terminalın tikintisinin 2025-ci ilin 4-cü rübündə tamamlanması nəzərdə tutulur”, - məlumatda vurğulanıb.
Bununla yanaşı, “Ümid-1” platformasından “Daşgil-2” terminalına dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan 56 km uzunluğunda 500 mm-lik nəql xəttinin tikintisi çərçivəsində sualtı avadanlıqların (əks klapan və Y-tipli birləşmə) metalkonstruksiya işləri artıq tamamlanıb, cari ilin may ayında dəniz dibinə buraxılması planlaşdırılır. Bunun üçün “Qurban Abbasov” kran-gəmisinin mobilizasiyası aparılır. 
Dəniz dibinin dərinləşdirmə işləri və sahilə çıxışda xəndəyin qazılması tamamlanıb. Bəndin (damba) tikinti işləri tamamlandırılıb, avadanlıq sahəyə mobilizasiya olunub.
“Sahilə yaxın yerdə, borudüzən gəmisinin lövbərlərinin atılması əməliyyatı aparılıb. “İsrafil Hüseynov” borudüzən gəmisinin mobilizasiyası tamamlanıb, gəmi ilk nöqtəsinə yaxınlaşıb, nəql xəttinin tikintisinə uğurla başlanılıb”, - SOCAR-dan bildirilib.
Qeyd edək ki, qarşıdakı dövrdə “Ümid” yatağında daha bir platformanın (“Ümid-2”) tikilib quraşdırılması, yaxınlıqdakı “Babək” strukturunda kəşfiyyat-qazma işlərinin aparılması planlaşdırılıb. “Ümid-Babək” blokundan hasil olunacaq qaz və kondensat çıxarılan məhsul terminala sualtı boru xətti vasitəsilə çatdırılacaq. “Daşgil-2” terminalının gündəlik ötürücülük gücü 24 mln. kubmetr olacaq.
Xatırladaq ki, “Ümid” yatağı 2010-cu ildə kəşf edilib. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. “Ümid” yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib. 2017-ci il yanvarın 12-də “Ümid" yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi imzalanıb. Bundan əlavə blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə

28-04-2022, 12:20 379

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041