Çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri görüləcək



Hacıqabul rayonunda çəyirtkəkimilərə qarşı mübarizəyə hazırlıqla bağlı tədbir keçirilib.Tədbirdə Aqrar Xidmətlər Agentliyinin (AXA) rəhbərliyi, rayon Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları və DAİM-in nümayəndələri iştirak edib. Tədbirdə AXA-nın sədri Mirzə Əliyev bildirib ki, əsas məqsəd cari  ildə xüsusi təhlükəli zərərverici olan çəyirtkəkimilərə qarşı və mübarizə tədbirlərinin vaxtında və düzgün aparılmasını təmin etmək üçün onların yayılma arealını müəyyən etmək, bölgələrdə fitosanitar vəziyyəti nəzarətdə saxlamaq, aparılacaq mübarizə işlərinin həcminin müəyyənləşdirilməsinə dair proqnoz məlumatlarının dəqiqləşdirmək, zərərvericilərin küpələrini aşkar etmək, küpələrdəki yumurtaların bioloji vəziyyətini öyrənmək, texnika və avadanlıqları hazır vəziyyətə gətirməkdən ibarətdir. 
Qeyd edib ki, hazırda respublika ərazisində çəyirtkələrin, əsasən daha təhlükəli 3 növünə - Mərakeş, Asiya və İtaliya çəyirtkələrinə rast gəlinir. Ölkəmizdə Mərakeş çəyirtkəsi geniş yayılmış və əsasən yovşanlı sahələrdə yaşayıb, çoxalır. Bu çəyirtkənin əsas yayılma mənbələri Ceyrançöl, Haramı duzu, Qarasu, Padarçöl, Küdrü, Hergi düzü, Şirinqum və Acınohur əraziləridir. Ötən il respublikada dövlət büdcəsinin vəsaiti hesabına 176103 hektar ərazidə müşahidə, sürfə və yetkin fərdlərinə qarşı 29844 hektar sahədə isə mübarizə tədbirləri həyata keçirilib. Mübarizə tədbirləri, əsasən Tovuz, Ağstafa, Samux, Şabran, Saatlı, Sabirabad, Biləsuvar və İmişli rayonlarının ərazilərində aparılıb. Dünyada baş verən qlobal iqlim dəyişikliyi ilə əlaqədar çəyirtkəkimilərin miqrasiyası, yayılma ərazilərinin vaxtında müəyyən edilməsində və yeni innovativ texnologiyaları tətbiq etməklə onlara qarşı mübarizə tədbirlərinin vaxtında və düzgün aparılmasında Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşlarının üzərinə böyük vəzifələr düşür. Bununla əlaqədar AXA-nın mütəxəssisləri tərəfindən çəyirtkəkimilərin məskunlaşdığı əsas rayonlar üzrə Bitki mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli mütəxəssislərinə “Çəyirtkəkimilərin bioekologiyası, monitorinqi, idarə edilməsi və dərmanlamaların mənfi təsirinin azaldılması, həmçinin Məlumatların Toplanmasının Avtomatlaşdırılması (ASDC) və idarə edilməsi (CCALM) sistemləri” mövzusu üzrə təlimlər keçirilib.
Tədbirdə çəyirtkəkimilərlə sirayətləmiş ərazilərdə mübarizə işlərinin səmərəli və mütəşəkkil təşkili üçün Aqrar Xidmətlər Agentliyi tərəfindən mobil ultra kiçik həcmli çiləyici aqreqatlarla təchiz olunmuş 20 ədəd Mitsubishi-L200 markalı avtomaşın, iri tutumlu yerüstü çiləyicilər qoşulmuş 10 ədəd MTZ-892 markalı traktor, 2 ədəd su avtomaşını, geyim dəstləri, toplanılmış məlumatların avtomatlaşdırılmış və idarəetmə sistemlərinə daxil olunması məqsədilə 2 ədəd müasir avadanlıqlarla təmin olunmuş “səyyar xidmət” mikroavtobusu, 4 ədəd dron  və yanacaq çəni sirayətlənməyə yaxın olan ərazilərə dislokasiya olunub. Həmçinin kimyəvi mübarizə işlərində istifadə olunacaq preparatlar və digər vasitələr təhlükəsizlik qaydalarına əməl oluması məqsədilə digər vasitələrlə təmin olunub.
Qeyd olunan ərazilərdə çəyirtkələrin mövcud bioloji inkişaf səviyyəsi nəzərə alınmaqla, aprel ayının üçüncü ongünlüyündən etibarən mübarizə tədbirlərinə başlanılması nəzərdə tutulur.
Mübarizə tədbirlərinin səmərəli təşkili üçün texniki vasitə və avadanlıqlar sazlanaraq hazır vəziyyətə gətirilib və mobil dəstələr üzrə qruplaşdırılıb. Tədbir iştirakçıları tərəfindən xüsusi təhlükəli zərərli orqanizm olan çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə işlərinə hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə mübarizəyə cəlb olunan texnika və avadanlıqlara baxış keçirilib və proses əyani nümayiş olunub.
Sonda AXA sədri Mirzə Əliyev çəyirtkələrin kənd təsərrüfatı bitkilərinə vuracaq ziyanın vaxtında qarşısının alınması və mübarizə tədbirlərinin səmərəli həyata keçirilməsi məqsədilə iştirakçılara tapşırıq və tövsiyələrini verib. Mütəxəssisləri maraqlandırılan suallar cavablandırılıb
Çəyirtkəkimilərə qarşı mübarizəyə hazırlıqla bağlı tədbir keçirilib Çəyirtkəkimilərə qarşı mübarizəyə hazırlıqla bağlı tədbir keçirilib Çəyirtkəkimilərə qarşı mübarizəyə hazırlıqla bağlı tədbir keçirilib Çəyirtkəkimilərə qarşı mübarizəyə hazırlıqla bağlı tədbir keçirilib Çəyirtkəkimilərə qarşı mübarizəyə hazırlıqla bağlı tədbir keçirilib Çəyirtkəkimilərə qarşı mübarizəyə hazırlıqla bağlı tədbir keçirilib Çəyirtkəkimilərə qarşı mübarizəyə hazırlıqla bağlı tədbir keçirilib Çəyirtkəkimilərə qarşı mübarizəyə hazırlıqla bağlı tədbir keçirilib Çəyirtkəkimilərə qarşı mübarizəyə hazırlıqla bağlı tədbir keçirilib Çəyirtkəkimilərə qarşı mübarizəyə hazırlıqla bağlı tədbir keçirilib Çəyirtkəkimilərə qarşı mübarizəyə hazırlıqla bağlı tədbir keçirilib Çəyirtkəkimilərə qarşı mübarizəyə hazırlıqla bağlı tədbir keçirilib Çəyirtkəkimilərə qarşı mübarizəyə hazırlıqla bağlı tədbir keçirilib Çəyirtkəkimilərə qarşı mübarizəyə hazırlıqla bağlı tədbir keçirilib

29-04-2022, 14:00 210

Digər xəbərlər

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi - FOTO

"Sumqayıt" klubu baş məşqçisi ilə əməkdaşlığı davam etdirəcək

Sumqayıt sənaye zonası Azərbaycanın qeyri-neft ixracının əsas mərkəzinə çevrilib

Prezident ŞƏT tədbirində çıxış etdi

Sumqayıtda məktəb yaxınlığında anti-sanitariya vəziyyəti – sakinlər narazıdır -FOTO

Sumqayıtın mərkəzində ağır tonnajlı maşın problemi – "Qarabağ" kinoteatrının qarşısı dayanacağa çevrilib - FOTO

Sumqayıtda 13 yaşlı uşaq boğulma nəticədə həyatını itirdi

Sumqayıtlı avtomobil həvəskarı klassik maşını ilə Bakı sərgisində - FOTO

Sumqayıtda dənizkənarı evlər kirayə mənzil proqramına daxil edildi

Sumqayıtlı cüdoçular U-14 Liqa yarışında 4 medal qazandılar - FOTO

Sumqayıtda torpaq hərracları keçiriləcək

Sumqayıtdan digər regionlara sərnişin daşınan avtobusların 45 %-i yenilənib

AFFA Sumqayıtda azyaşlı futbolsevərlərə dəstək oldu

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 10 ildə 15 milyard manatlıq məhsul satıb

Şahmatdan tibbə: Uğurla dolu bir yol-FOTO

Qaz və işıq limiti ilə bağlı ÖNƏMLİ XƏBƏR - Yaxın aylarda..

Sumqayıtda evli kişi sevgilisinin keçmiş ərini döydü – MƏHKƏMƏ

Sumqayıt–Quba marşrutu üzrə yeni daşıyıcı müəyyən edilib

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

1 2 3 4 5 6 7 8 9 10 ... 963
Bu gün, 15:22
Bu gün, 15:16
Bu gün, 15:13
Bu gün, 15:04
Bu gün, 10:28
Bu gün, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
28-08-2025, 12:33
28-08-2025, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
27-08-2025, 14:42
27-08-2025, 13:43
27-08-2025, 13:22
27-08-2025, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
1 2 3 4 5 6 7 8 9 10 ... 963