Azərbaycanda yeni aqrokimyəvi maddənin sınaqları keçiriləcək



Aqrar İnnovasiya Mərkəzi ilə Rusiya Federasiyasının “Evrika” Elmi-İstehsalat Mərkəzi arasında “Rostok” adlı yeni aqrokimyəvi maddənin ölkədə müxtəlif kənd təsərrüfatı bitkiləri üzərində sınaqlarının keçirilməsi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən Kənd Təsərrüfatı Nazirliyininin elmi-tədqiqat müəssisələrinin təcrübə təsərrüfatlarında 27 hektar sahədə, 12 müxtəlif kənd təsərrüfatı bitkisi üzərində yeni aqrokimyəvi maddənin sınaqlarının aparılması nəzərdə tutulub. Yeni aqrokimyəvi maddə bitkilərin məhsuldarlığının və stres amillərin təsirinə qarşı davamlılığının artırılmasında, eləcə də böyümə və inkişafının tənzimlənməsində mühüm rol oynayır. Bu maddənin Elmi-Tədqiqat İnstitutlarının təcrübə təsərrüfatlarında sınaqdan keçirilməsi məqsədilə Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda yeni aqrokimyəvi maddənin müəssisələr arasında bölgüsü keçirilib.
Tədbirdə kənd təsərrüfatı sahəsində yerli və xarici şirkətlərlə həyata keçirilən birgə layihələr, sınağa cəlb ediləcək “Rostok” adlı aqrokimyəvi maddənin kimyəvi tərkibi, istifadə qaydaları, üstünlükləri barədə Aqrar İnnovasiya Mərkəzinin mütəxəssisləri tərəfindən məlumat verilib.
Tədbirin yekununda sınaq məqsədilə Azərbaycana gətirilən yeni aqrokimyəvi maddənin müxtəlif kənd təsərrüfatı bitkiləri üzərində tətbiq edilməsi ilə bağlı geniş müzakirələr aparılıb.
Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzi kənd təsərrüfatı sahəsi üzrə innovativ həllərə əsaslanan qabaqcıl texnoloji yeniliklərin tətbiqi, təbliği və təşviqi üzrə metodiki və praktiki dəstəyin göstərilməsi istiqamətində fəaliyyət göstərir.

4-05-2022, 16:10 190

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041