Tovuz və Gədəbəydə toxumluq sahələrə baxış keçirilib


Dövlət Toxum Fondunun aqronomu və mütəxəssisləri tərəfindən əkin sahələrinə nəzarət tədbirləri davam etdirilir.
Növbəti nəzarət tədbiri Tovuz və Gədəbəy rayonlarında həyata keçirilib.


Belə ki, Dövlət Toxum Fondu tərəfindən toxumla təchiz edilən toxumluq sahələrə baxış keçirilib, fermer və təsərrüfat sahibləri ilə söhbətlər aparılıb. Aqrotexniki qulluqlarla bağlı Dövlət Toxum Fondunun mütəxəssisləri tərəfindən maarifləndirici məlumatlar verilib.
Bildirilib ki, toxum üçün ayrılmış sahələr yüksək aqrotexniki qaydada becərilməli, sortların bioloji xüsusiyyətləri nəzərə alınmaqla gübrələnməli, səpin optimal müddətdə, düzgün təyin edilmiş normada və qısa vaxt ərzində aparılmalıdır. Fermerlər, məhsul istehsalçıları yüksək məhsuldarlıq əldə etmək üçün keyfiyyətli toxuma üstünlük verməlidirlər. Çünki keyfiyyətli toxum yüksək məhsuldarlığın əsas şərtidir.
Fermer və təsərrüfat sahibləri bu il hər hektardan 50-55 sentner məhsul əldə edəcəklərini bildiriblər.
Qeyd edək ki, cari ilin yanvar ayından başlayaraq Dövlət Toxum Fondu tərəfindən Şabran, Xaçmaz, Şəki, Ağcabədi, Qobustan, Füzuli, Beyləqan, Göygöl rayonlarında toxumluq sahələrə baxış keçirilib. Hazırda da toxumluq sahələrə nəzarət tədbirləri davam etdirilir.
Bildirək ki, ötən il Dövlət Toxum Fondu tərəfindən ölkəmizə 340 ton elit buğda toxumu idxal olunub. Fermer və təssərüfat sahibləri tərəfindən alınan buğda toxumları ölkənin müxtəlif regionlarında əkilib. Ölkədə ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə və yüksək reproduksiyalı toxumlara olan tələbatı nəzərə alaraq, toxumçuluq üçün nəzərdə tutulan elit toxumlarının gətirilməsi Dövlət Toxum Fondu tərəfindən davam etdiriləcək.
Tovuz və Gədəbəydə Dövlət Toxum Fondu tərəfindən toxumla təchiz edilən toxumluq sahələrə baxış keçirilib Tovuz və Gədəbəydə Dövlət Toxum Fondu tərəfindən toxumla təchiz edilən toxumluq sahələrə baxış keçirilib Tovuz və Gədəbəydə Dövlət Toxum Fondu tərəfindən toxumla təchiz edilən toxumluq sahələrə baxış keçirilib Tovuz və Gədəbəydə Dövlət Toxum Fondu tərəfindən toxumla təchiz edilən toxumluq sahələrə baxış keçirilib Tovuz və Gədəbəydə Dövlət Toxum Fondu tərəfindən toxumla təchiz edilən toxumluq sahələrə baxış keçirilib

9-05-2022, 13:30 181

Digər xəbərlər

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi - FOTO

"Sumqayıt" klubu baş məşqçisi ilə əməkdaşlığı davam etdirəcək

Sumqayıt sənaye zonası Azərbaycanın qeyri-neft ixracının əsas mərkəzinə çevrilib

Prezident ŞƏT tədbirində çıxış etdi

Sumqayıtda məktəb yaxınlığında anti-sanitariya vəziyyəti – sakinlər narazıdır -FOTO

Sumqayıtın mərkəzində ağır tonnajlı maşın problemi – "Qarabağ" kinoteatrının qarşısı dayanacağa çevrilib - FOTO

Sumqayıtda 13 yaşlı uşaq boğulma nəticədə həyatını itirdi

Sumqayıtlı avtomobil həvəskarı klassik maşını ilə Bakı sərgisində - FOTO

Sumqayıtda dənizkənarı evlər kirayə mənzil proqramına daxil edildi

Sumqayıtlı cüdoçular U-14 Liqa yarışında 4 medal qazandılar - FOTO

Sumqayıtda torpaq hərracları keçiriləcək

Sumqayıtdan digər regionlara sərnişin daşınan avtobusların 45 %-i yenilənib

AFFA Sumqayıtda azyaşlı futbolsevərlərə dəstək oldu

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 10 ildə 15 milyard manatlıq məhsul satıb

Şahmatdan tibbə: Uğurla dolu bir yol-FOTO

Qaz və işıq limiti ilə bağlı ÖNƏMLİ XƏBƏR - Yaxın aylarda..

Sumqayıtda evli kişi sevgilisinin keçmiş ərini döydü – MƏHKƏMƏ

Sumqayıt–Quba marşrutu üzrə yeni daşıyıcı müəyyən edilib

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

1 2 3 4 5 6 7 8 9 10 ... 963
Bu gün, 15:22
Bu gün, 15:16
Bu gün, 15:13
Bu gün, 15:04
Bu gün, 10:28
Bu gün, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
28-08-2025, 12:33
28-08-2025, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
27-08-2025, 14:42
27-08-2025, 13:43
27-08-2025, 13:22
27-08-2025, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
1 2 3 4 5 6 7 8 9 10 ... 963