"Azeri Light" (CIF) markalı neft cüzi bahalaşıb.
Sumqayit.tv xəbər verir ki, dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,89 ABŞ dolları və ya 0,7% artaraq, 126,8 dollar təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.