Cəbrayıl rayonunda günəş elektrik stansiyası tikiləcək.
Sumqayit.tv xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda qeyd edilib.
Tədbirlər Planına əsasən, Energetika Nazirliyi "Azərenerji" ASC ilə birlikdə 2022-2026 illərdə layihəyə hazırlıq işlərinin görülməsi, müqavilələrin imzalanması, stansiyanın tikintisini (240 MVt gücündə) təmin etməlidir.