Xəzər dənizinin suları ilə həmsərhəd olan beş ölkədə (Qazaxıstan, Türkmənistan, İran, Azərbaycan və Rusiya) dairəvi kruiz marşrutu açılacaq.
Sumqayit.tv-nin verdiyi məlumata görə hazırda bununla bağlı ölkələr müvafiq işlər görülür və bunun üçün Həştərxanda "Rus Velikaya” adlanacaq kruiz layneri tikilir.
Gəminin istehsalının gələn il başa çatacağı gözlənilir. Gəmi Həştərxandan Aktauya, Aktaudan Türkmənistanın milli turizm zonası olan "Avaza”ya, oradan İranın Əmirabadına, daha sonra isə Bakıya və Mahaçqalaya yan alacaq.