Nazirliyin bu səlahiyyətlərindən biri ləğv olundu

Nazirlər Kabineti "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” 2022-ci il 2 avqust tarixli sərəncamında dəyişiklik edib.

Sumqayit.tv xəbər verir ki, bundan əvvəl "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı ilə müəyyən edilmiş icraçı orqan və qurumlar Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə İqtisadiyyat Nazirliyinə məlumat verməli idi.

Dəyişikliyə əsasən, artıq həmin icraçı orqan və qurumlar Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti İqtisadiyyat Nazirliyinə deyil, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə məlumat verməlidirlər. Məlumatın təqdimatına dair zaman həddi də müəyyənləşib. İcraçı orqan və qurumlar Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə - hər ilin yanvar və iyul aylarının 15-dən gec olmayaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə məlumat verməlidirlər.
İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təqdim edilmiş məlumatları ümumiləşdirməli və bu barədə ildə iki dəfə - hər ilin yanvar və iyul aylarının 25-dən gec olmayaraq Nazirlər Kabinetinə məlumat verməlidir. Eyni zamanda İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Strategiyanın icrasının təşkili, monitorinqi və qiymətləndirilməsi barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli, Strategiyanın Tədbirlər Planının icrası ilə bağlı aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə zəruri kommunikasiya işlərinin yerinə yetirilməsi üzrə tədbirlər görməli, zərurət yarandıqda, Strategiyanın icrası prosesinə qabaqcıl beynəlxalq təşkilatların, ixtisaslaşmış məsləhətçi şirkətlərin, elm və ali təhsil müəssisələrinin, konfederasiya, assosiasiya, vətəndaş cəmiyyətini təmsil edən təşkilatların və özəl qurumların nümayəndələrini cəlb etməlidir.
İqtisadiyyat Nazirliyinə isə Ədliyyə Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və digər aidiyyəti dövlət orqanları ilə birlikdə icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planları və bu kimi digər sənədlərin Strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

19-08-2022, 16:33 186

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041