"3-cü dünya müharibəsinin başlayacağını dilə gətirmək istəməzdim" - POLİTOLOQ ŞƏRH ETDİ



"Doğrusu, 3-cü dünya müharibəsinin başlayacağını dilə gətirmək istəməzdim. Ancaq bu gün dünyada baş verən hadisələr, eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin pərdə arxasında ABŞ və İngiltərənin rolunu görəndə artıq üçüncü dünya müharibəsinin başlanması üçün fitilin yandırıldığını söyləmək olar". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev bildirib.
Onun sözlərinə görə, beynəlxalq güclərin bugünkü davranışı üçüncü dünya müaribəsinin başlanması üçün yandırılmış fitilin söndürülməsinə xidmət etmir: "Sadəcə böyük bir partlayışın olması üçün yanan fitilin barıt toplandığı nöqtəyə çatması lazımdır. Bu partlayışın isə nə zaman olacağını söyləmək çətindir. Çünki, gözlənilən partlayış xəbərdarlıq olmadan baş verəcək. Bəs yanan fitili söndürmək dünyanı üçüncü dünya müaribəsi təlükəsindən xilas etmək mümkündürmü? Düşünürəm ki, mövcud diplomatik imkanlarla yandırılan fitili söndürmək mümkün olmayacaq. Belə ki, zamanında dünyanı öz çətiri altında toplamış Birləşmiş Millətlər Təşkilatının fəaliyyəti sıfıra endirilib. BMT-nin əlində heç bir “qayçı” yoxdur ki, qlobal güclər tərəfindən yandırılmış fitili kəsə bilsin. Əksinə, fərqli güclərin öz müttəfiqlərini qorumaq üçün savaşın içinə daxil olduqlarını görürük. Bu da o deməkdir ki, dünya siyasətinin çökdüyü açıq-aşkar ortadadır. Böyük müharibənin qarşısını almağa çalışan tək bir ölkə və lider var. O da, Türkiyə dövləti və lideri R.T.Ərdoğandır. Ərdoğan bu gün Rusiya və Qərblə çox aktiv diplomatik əlaqələr yaradır ki, dünya gözlənilən təlükədən xilas olsun. Onun bu səyləri yüksək qiymətləndirilsə də, nə qədər təsirli olacağı söyləmək çətindir. Hər halda artıq üçüncü dünya müharibəsinin getdiyi ortadadır. Yalnız tam alovlanması üçün müəyyən zaman qalıb ki, bundan da dünyanı idarə edən güclər maksimum yararlanmalıdılar. Ən azı Türkiyə prezidentinin sələfinə öz töhfələrini verməlidirlər ki, dünyanı fəlakətə soxacaq müharibə olmasın".
Müəllif: Abutel İlhamqızı

27-09-2022, 23:49 223

Digər xəbərlər

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

Yağışdan sonra Sumqayıtın bəzi küçələri gölməçəyə çevrilib - VİDEO

Paşinyan: “Sumqayıta dönüş məsələsi gündəmdə olmayacaq”

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Bu gün, 15:01
Bu gün, 11:17
Bu gün, 11:05
Bu gün, 10:40
Bu gün, 07:41
Dünən, 22:31
Dünən, 21:20
Dünən, 20:30
Dünən, 12:19
Dünən, 10:17
Dünən, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
25-05-2026, 19:40
25-05-2026, 19:32
1 2 3 4 5 6 7 8 9 10 ... 1059