Sumqayıt sakini Almaniyada işə düzəlmək istədi, pulundan oldu

Sumqayıt şəhər sakini Rasim Abıyev “Go Europe” şirkətinin rəhbəri İbrahimov Orxan Rafael oğlu tərəfindən dələduzluğa məruz qaldığını iddia edir.

Sumqayit.tv  xəbər verir ki, R. Abıyev “qafqazinfo”ya müraciətində bildirib ki, o, bu ilin fevralın 28-də Polşa vizasıyla Almaniyada işə düzəlmək üçün sözügedən şəxsə 510 manat pul verib: “Prosesin mayın əvvəlinə kimi başa çatacağını deyirdi. Ancaq aprelin 14-də məlum oldu ki, o, ölkədən çıxıb və Polşaya gedib. Vatsap üzərindən yazdıqlarımızı da oxuyub cavab vermir.

Sonra məlum oldu ki, 30-a yaxın şəxs də onun tərəfindən dələduzluğa məruz qalıb. Bununla bağlı Yasamal rayon 27-ci Polis Bölməsinə müraciət etdik. Bir neçə gün əvvəl iş Prokurorluğun icraatına verilib. İstəyirik ki, Orxan İbrahimov haqqında tez zamanda cinayət işi açılsın və o, ölkəyə deport olunub zərərçəkmişlərə vurduğu ziyanı ödəsin”.

O. İbrahimovla əlaqə saxladıq. O saytımıza bildirdi ki, Polşada, Almaniyada işə düzətməklə bağlı Ukraynada yerləşən şirkətlərlə 2017-ci ildən əməkdaşlıq edib: “Onlarla yazışmalarım, ödənişlərini atdığım şəxslərin hamısının siyahısı var. Mən müştərilərdən ödənişi alıb xaricdəki şirkətə çatdırırdım. Bundan sonra  xaricdəki şirkət sənəd göndərirdi. Həmin sənədin əsasında şəxs viza alır və getdikdən sonra orada işlə təmin olunur. 2020- ci ilin əvvəlinə qədər işlər yaxşı gedirdi. Pandemiyadan sonra müştərilərin viza müraciətinə "yox" cavabı almağa başladım. Mən də şəxsin adına müqavilədə müştərinin pulunun batmamasıyla bağlı bənd əlavə etmişəm. Burada əlbəttə ki, mənim də xeyrim var.  

10 nəfərə rədd cavabı verildi, mən həmin şəxslərin ödədiyi pulu qaytardım. Daha sonra Ukraynada yerləşən daha bir şirkətdən təklif aldım. Dedi ki, müştəriləri Polşada işə düzəldə bilərlər. Köhnə şirkətlə yalnız müştərilərin verdiyi pulu geri qaytarmaq məsələsi qalmışdı”.

O. İbrahimov vurğulayıb ki, hazırda ondan şikayət edən 18 müştəri var: “50 nəfərdən 20-sinin ödənişlərini qaytarmışam. Qalanlarını ödəyib çatdıra bilmədim. Polşaya gəldim ki, işləyim və onların da pulunu geri qaytarım. Ümumilikdə 20 minə yaxın borcum qalıb. Mənim ailəm, övladım Bakıdadır, heç yerə qaçmamışam. Narazı olan şəxslərə qrupda yazdım ki, işlərini həll edəcəyəm, səbrli olsunlar. Onlar mənə inanmadılar. Bildirdilər ki, guya ölkədən qaçmışam. Səbrli olsaydılar, çıxış yolunu tapacaqdım.  

Şirkət mənə təklif edir ki, yenidən müştərilərə iş icazəsi çıxaraq. Mən bunu müştərilərə bildirəndə onlar imtina etdilər. Onlara yazanda nalayiq ifadələrdən istifadə edirlər. Ona görə də cavab vermirəm. Şirkətə demişəm ki, bütün müraciətləri rədd edin, müştərilərin pulunu geri qaytarın ki, şəxslər yenidən yox cavabı alıb üstümə gəlməsinlər. Yaxın bir ay ərzində şikayət edənlərin pulunu geri qaytaracağam”.

26-05-2021, 22:20 311

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041