Nigar Qəhrəman: "Doğulub böyuduyum ölkədən ayrılmaq çətinlik yaradır"-Musahibə


İstanbul universitetində magistr pilləsində təhsilini davam etdirən Nigar Qəhrəman ilə musahibə.
- Nə üçün məhz xaricdə təhsil almağa qərar verdiniz?
- Xaricdə təhsil almaq qərarımın arxasında bir çox şey dayanır təbii ki. Ən əsası yaxın gələcəkdə karyera qurmağımda mənə çox kömək olacaq. Eyni zamanda, təhsil həyatımın bir hissəsini belə başqa ölkədə keçirmək fərqli mədəniyyətlərlə tanış olmağıma, öyrəndiklərimi daha da zənginləşdirməyimə kömək olur. Və qazanacağım bu təcrübələrin gələcək iş həyatımda daha faydalı olacağına inanıram.
- Hazırlıq və universitetə təsdiq olunma qaydaları haqda qısa məlumat verərdiz.
- Öncə məqsədimi, qərarımın dəqiq olub olmadığını müəyyənləşdirdim. Daha sonra hansı ölkəyə getmək istədiyimi və hansı ixtisas üzrə oxumaq istədiyimi araşdırdım. Çünki harada və hansı ixtisasda oxuyacağım gələcəkdə karyeram üçün çox önəmlidir. Odur ki, yaxşı düşünüb, araşdırıb və qərar vermək lazımdır. Təhsilimi xaricdə davam etdirməklə bağlı qərar verdikdən sonra bir çox "Xaricdə təhsil” şirkətləri ilə maraqlandım, araşdırdım. Mənə görə ən uyğunu - "Yüksəl" Xaricdə Təhsil Mərkəzi oldu. Mərkəzə yaxınlaşıb məlumat alandan sonra anladım ki, bu mərkəzə etibar edə bilərəm. Tələb olunan sənədləri toplayıb verdikdən sonra, ali məktəbə qəbul olmağı həyəcanla gözləyirdim. Çünki elə də asan universitetə müraciət etməmişdim. Çox keçmədi ki, qəbul kağızımı aldım və bunun üçün çox sevincliyəm.
- Bu universitetdə təhsil almağın üstünlükləri və çətinlikləri nələrdir?
"İstanbul Universitetində təhsil almağın üstünlüklərini saymaqla bitməz" - Magistr təhsili alan tələbəmizlə MÜSAHİBƏ


-  İstanbul Universitetində təhsil almağın üstünlüklərini saymaqla bitməz. Türkiyənin ən tanınmış ən öndə gedən universitetlərindən biridir. Eləcə də digər ölkələrdə tanınır. Təhsil sistemi və dərslərin keçilməsi metodikası çox gözəldir. Seçdiyin ixtisası çox rahatlıqla öyrənə biləcəyin bir yerdir. Təbii ki, seçdiyin dərsləri mükəmməl dərəcədə öyrənməlisən ki, irəlidə rahat bir şəkildə universiteti bitirə biləsən.
Dostlarıma oxuduqları ixtisas üzrə seçim etməyi məsləhət görərəm. Çünki önəmli bir ixtisas üzrə oxuyurlarsa, təbii ki, başqa bir ölkəyə gedib o ixtisası daha da təkmilləşdirmələrini məsləhət görərəm.
"İstanbul Universitetində təhsil almağın üstünlüklərini saymaqla bitməz" - Magistr təhsili alan tələbəmizlə MÜSAHİBƏ
 
- Müxtəlif ölkələrdən olan dostluqlar, fərqli ölkənin adət-ənənələri kimi məsələlər uyğunlaşmağa çətinlik yaratdımı? 
- Öncə doğulub böyüdüyün ölkədən ayrılmaq müəyyən çətinliklər yaradır. Getdiyin yeni ölkəyə, oranın mədəniyyətinə, insanlarına adaptasiya olmağa çalışırsan. Bu bir az zaman aparır. Amma düşünürəm ki, zaman keçdikcə artıq orada olan hər şeyə öyrəşməyə başlayırsan.
- İş və karyera qurmağı ölkəmizdə yoxsa xaricdə düşünürsüz?
- Düşünürəm ki, ixtisasım üzrə xaricdə oxuyub, onu təkmilləşdirib sonda ölkəmə dönərək düzgün karyera qurmalıyam. Buna səbəb isə Vətənimə daha yaxşı xidmət edib, xaricdə öyrəndiklərimi daha yaxşı tətbiq etmək istəyimdir.

Xeberle.com

10-10-2022, 19:53 300

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041