"Makron öz sələflərinin ənənəsini davam etdirir" - POLİTOLOQ ŞƏRH ETDİ


"Makronun ermənipərəst olması, təkcə onun ermənilərə şəxsi simpatiyasından qaynaqlanmır. Tarixən fransızlarla ermənilərin münasibətlərini vərəqləsək, görərik ki, bu xalqalar arasında həmişə istilik müşahidə olunub". Sumqayit.tv xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev bildirib.
Onun sözlərinə görə, ermənilərə xoş münasibət Makrondan əvvəlki Fransa prezidentlərinin dövründə də aydın hiss olunurdu: "Makron isə bu gün öz sələflərinin ənənəsini davam etdirir. Əlbəttə, bu məsələdə Fransada yaşayan aşağı-yuxarı 500 min ermənilərin və onların lobbiçilik fəaliyyətinin də rolu var. Məhz bu səbəbdən fransızlar ermənilərə özlərinin kiçiyi kimi baxırlar. Belə olduğu təqdirdə Yelisey Sarayına bundan sonra da kim rəhbərlik edəcəksə Ermənistana rəğbətlə yanaşacaq. Makronun erməni sevdalısı olması da bu səbəbdən yaranır.
Emmanuel Makronun son zamanlar "fəallığı" və ciddi-cəhdlə Ermənistanın müdafiəsində dayanması həm də dünyada gedən proseslərlə birbaşa bağlıdır. Son zamanlar Fransa aktiv siyasət yeritməyə çalışır. Fransa istəyir ki, yeni dünya düzənində söz sahibi olacaq ölkələrdən biri olsun. Məlum olduğu kimi gələcək dünya düzənində söz sahibi olacaq ölkələr, bu gün dünyada baş verən hadisələrin fonunda aktiv rol alan dövlətlər olacaq. Rəsmi Paris bu prosesdən kənarda qalmaq istəmir. Bu səbəbdən Makron Ermənistan xətti ilə özünün manevr imkanlarını artırmaq niyyətindədir. Xüsusən də, Fransa Qafqazda təsir gücünü artırmaqla, Azərbaycan-Türkiyə qardaşlığının arasında dəmir pərdə hörmək istəyir. Bilirik ki, Fransa xüsusən Yaxın və Orta Şərqdə, Aralıq dənizində, Afrikada, hətta NATO daxilində mövqelərini Türkiyəyə uduzub.
2020-ci ildə Azərbaycanın Ermənistan üzərindəki möhtəşəm qələbəsi, Parisin bizim bölgəmizdəki dayaqlarını ciddi şəkildə sarsdı, Türkiyənin isə Cənubi Qafqazdakı təsir imkanlarını artırdı. Bu sadaladıqlarımızı Fransanın rahatlıqla həzm edə bilməməsi bir reallıqdır. Makron bu reallıqları gördüyü üçün çalışır ki, qucağında oturan Paşinyanın əli ilə Qafqazda Azərbaycan və Türkiyənin xeyrinə cərəyan edən hadisələrin qarşısını alsın. Beləliklə Fransanın varlığını ortaya qoymaqla status-kvonu ölkəsinin xeyrinə dəyişsin. Ancaq düşünürəm ki, Makronun bu cəhdlərinin bir faydası olmayacaq. Dəqiqdir ki, nə Azərbaycan, nə Türkiyə, nə də Ukraynaya başı qarışan Rusiya Makronun Cənubi Qafqazdakı manevr imkanlarına yaşıl işıq yandırmayacaqlar".

19-10-2022, 18:45 182

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041