Keçmiş səfir İlham Əliyevin “CNN Türk”ə müsahibəsini dəyərləndirdi

Hulusi Kılıç İlham Əliyevin “CNN Türk”ə müsahibəsinidəyərləndirdi

Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin iyulun 14-də nüfuzlu “CNN Türk” televiziya kanalına verdiyi müsahibədə səsləndirdiyi fikir və mülahizələr siyasi qətiyyətin ortaya qoyduğu sarsılmaz mövqedir. Müsahibədə bir tərəfdən Azərbaycanın müstəqil siyasətinin dəyişməz olduğu diqqətə çatdırılır, digər tərəfdən isə 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyətin yaratdığı imkanlar təhlil edilir. Bütövlükdə Prezident İlham Əliyev bu müsahibə ilə dünyaya bir daha bəyan etdi ki, Azərbaycan mehriban qonşuluq və səmimi dostluq strategiyasına sadiq olmaqla bərabər, sərhədlərini və təhlükəsizliyini qorumaq qüdrətinə malikdir.
Sumqayit.tv xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib. Açıqlamasında Azərbaycan yanğınsöndürənlərinin Türkiyədə tüğyan etmiş meşə yanğınlarının qarşısının alınmasında göstərdikləri fədakarlığa da geniş yer ayıran, göstərilən dəstəyi və yardımı əsl qardaşlıq nümunəsi kimi səciyyələndirən diplomat deyib:
“Azərbaycanlı qardaşlarımızın “yaşıl vətən”imizin qorunmasında göstərdiyi fədakarlıq Türkiyədə böyük qürur və sevinc hissi ilə qarşılandı. Bütün dünyanın meşə yanğınları ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycan bu sahəyə aid texnika və canlı qüvvəsinin əsas hissəsini qardaş köməyinə göndərdi. Prezident İlham Əliyevin dediyi kimi, “onlara (yanğınsöndürənlərə) hər hansı bir xüsusi təlimat vermək lazım deyildi. Çünki onlar özləri bu faciəni öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar. Allaha şükürlər olsun ki, bildiyimə görə artıq yanğınlar da səngiyir və bu, bir daha bizim birliyimizi göstərdi”. Bəli, Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin təməlində milli dəyərlər dayanır. Münasibətlərimizin dinamik inkişafı bütün parametrləri ilə xoşməramlıdır. Azərbaycan və Türkiyənin yanında dayanan hər kəs bu münasibətdən ancaq fayda görür.
Ermənistanın 2020-ci ilin yayında törətdiyi Tovuz təxribatlarını xatırladan Hulusi Kılıç deyib: “Reallığı, gerçək vəziyyəti dərk etmək və nəticə çıxarmaq ağıl tələb edir. Təəssüf ki, saxta ideologiya erməni toplumunun, eləcə də Ermənistan rəhbərliyinin beynini zəhərləyib. Onlar tarixin heç bir dövründə gerçəklərdən nəticə çıxarmayıblar. Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın şərtləri beynəlxalq öhdəlikdir. Çünki bu Bəyanat bütün dünyanın gözü qarşısında götürülmüş öhdəliklər əsasında imzalanmış sənəddir. Ona görə də Ermənistan vaxtı itirmədən Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətində qəti addımlar atmalı, öhdəliklərini yerinə yetirməlidir. Əks halda, hər gün bir ərazidə atəşkəsi pozmağın bütün məsuliyyəti Ermənistanın üstünə düşür”.
O əminliklə vurğulayıb ki, Prezident İlham Əliyevin “CNN Türk” telekanalına verdiyi müsahibədə toxunulan məsələlər regionda sülh və inkişaf tərəfdarı olan ölkələr, həmçinin beynəlxalq təşkilatlar üçün ciddi siqnal olacaq.

16-08-2021, 22:03 165

Digər xəbərlər

Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda yol qəzasında xəsarət alan yeniyetmələrin sayı 6-ya çatıb - YENİLƏNİB

Tramp Putinlə "görüş qapısı"nı tamamilə qapadır: ABŞ indi artıq Rusiyanın məğlub olmasını istəyir

Türkiyədə zəlzələ baş verib

Tramp Putinə Azərbaycandan danışıbmış: Dialoqunun təfərrüatı açıqlandı

Noyabr ayının ən şanslı 4 BÜRCÜ açıqlandı! Pul, eşq və karyera...

Prezident İlham Əliyev avstriyalı həmkarını təbrik edib

Xanbulan gölünün ətrafındakı iaşə obyektləri BAĞLANDI - SƏBƏBVİDEO

Putin nüvə ilə dünyanı hədələyir – “Burevestnik” sınağı Kreml strategiyasında yeni mərhələ kimi

Günay Ağamalı qurultayda baş verənlərlə bağlı bəyanat YAYDI

Türkiyənin "qırmızı bülleten"lə axtardığı doqquz nəfər ölkəyə ekstradisiya olunub

Sarayda avtomobil məktəblini vurdu ölən var

Sumqayıtlı rektorun rəhbərlik etdiyi MDU regionun ən böyük Universitet–Sənaye Sammitinə ev sahibliyi etdi

Vətən Müharibəsi Qəhrəmanının qızı şəhər birinciliyində qızıl medal qazandı

Sumqayıtda kişi yaşadığı evdə ölü halda tapılıb

Sumqayıtda yol qəzası: avtomobil yanıb, 3 nəfər xəsarət alıb

İsrail “Hizbullah”ın məşhur komandirini ÖLDÜRDÜ

Bazar gününün şanslı bürcləri açıqlandı

“Ana Vətən” belə dağıldı: Ata, oğul və qız adına… – Qurultaydan ANBAAN VİDEO

Sumqayıtda sakinləri narahat edən şikayətlər araşdırılıb – Zakir Fərəcov ərazidə olub  

1 2 3 4 5 6 7 8 9 10 ... 975
Bu gün, 21:44
Bu gün, 20:30
Bu gün, 16:29
Bu gün, 16:22
Bu gün, 16:17
Bu gün, 16:15
Bu gün, 15:58
Bu gün, 15:47
Bu gün, 15:45
Bu gün, 15:40
Bu gün, 15:33
Bu gün, 15:17
Bu gün, 13:44
Bu gün, 13:20
Bu gün, 13:15
Bu gün, 13:03
Dünən, 21:43
Dünən, 21:39
Dünən, 21:34
Dünən, 21:24
Dünən, 20:25
Dünən, 20:15
Dünən, 19:58
Dünən, 17:39
Dünən, 17:29
Dünən, 17:20
Dünən, 12:07
Dünən, 11:49
24-10-2025, 18:01
24-10-2025, 12:58
24-10-2025, 12:25
24-10-2025, 12:09
24-10-2025, 11:58
24-10-2025, 11:39
24-10-2025, 09:32
23-10-2025, 21:59
23-10-2025, 15:50
23-10-2025, 10:22
23-10-2025, 10:16
23-10-2025, 10:04
1 2 3 4 5 6 7 8 9 10 ... 975