"Son səkkiz ayın rəqəmlərinə əsasən, Azərbaycanda kreditləşmədə, nağdsız hesablaşmaların həcminin böyüməsində, bank sahəsində çalışan insanların sayında, eyni zamanda, məşğulluğun artımında müsbət dinamika var".Sumqayit.tv xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili deyib.
O, bildirib ki, bu ilin səkkiz ayı ərzində ölkəmizin ixracı idxalı 19 milyard dollar üstələyib, strateji valyuta ehtiyatlarımız 5 faizdən çox artaraq 55 milyard dollara yaxınlaşıb. Hazırda cari əməliyyatlar balansının müsbət saldosu 6 milyard dollardan çoxdur. Azərbaycanda makroiqtisadi vəziyyətin sabit olması islahatların daha sürətli aparılması üçün müsbət şərait yaradır.