Putin: "Ermənistan Azərbaycanla razılşmalidir"


Biz sülh nizamlanmasını kimi, sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllini də dəstəkləyirik.
Sumqayit.tv xəbər verir ki, bu sözləri “Valday” diskussiya klubunda çıxışı zamanı Rusiya lideri Vladimir Putin erməni politoloq Aleksandr İsgəndəryanın sualına cavab olaraq deyib.
“O ki qaldı hansı variantı seçməyə (sülhün “Vaşinqton”, yoxsa “Moskva variantı” – red.) – bu, erməni xalqının və Ermənistan hakimiyyətinin rəyidir. İstənilən halda hansı variant seçilirsə, sülhə gətirib çıxarırsa, hamımız bunun tərəfdarıyıq.
Amma biz heç nəyi məcbur etmək fikrində deyilik. Biz Ermənistana nə isə diktə edə bilmərik və niyyətimiz də yoxdur.
Əgər erməni xalqı və Ermənistan hakimiyyəti hesab edirsə ki, bu sülh sazişinin hansısa konkret variantını seçmək lazımdır... Necə deyirsiniz, “Vaşinqton variantı”, başa düşdüyüm qədərincə, bu, Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin tanınmasını əks etdirir. Əgər Ermənistan belə hesab edirsə, buyurun, biz erməni xalqının istənilən seçimini dəstəkləyəcəyik.
Əgər erməni xalqı və Ermənistan hakimiyyəti hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var və gələcək sülh müqaviləsində bu xüsusiyyətlər nəzərə alınmalıdır, bu da mümkündür.
Ancaq əlbəttə ki, Azərbaycanla razılaşmaq lazımdır. Bu sazişin Azərbaycan üçün də məqbul olması lazımdır. Bu ağır, çətin məsələdir.
Ermənistan bizim strateji partnyorumuz, müttəfiqimizdir və biz, əlbəttə ki, Azərbaycanın maraqlarını nəzərə alaraq, Ermənistanın təklif edəcəyini böyük ölçüdə rəhbər tutacağıq”, - Putin deyib.
Xayırladaq ki, son zamanlar Ermənistanda bəzi siyasi dairələr sülhün "Vaşinqton" və "Moskva" variantları olduğunu, guya Ermənistan rəhbərinin "Vaşinqton variantı"nı imzalamağa razılaşdığını, "Moskva variantı"nın ermənilərin maraqlarına qəti uyğun olmadığını iddia edirlər.
.

27-10-2022, 23:33 164

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041