Qadın cinayətlərinə sosioloqların baxışı

Sumqayit.tv olaraq son zamanlar artan qadın cinayətləri ilə bağlı xəbərlər veririk. Təbii ki, bu hər birimizi dərindən sarsır. Nə qədər bu tip hallara qarşı olsaq da, mübarizə aparsaq da heç bir faydası olmadığını görürük. 

Mövzu ilə bağlı, Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə apardıq. Onun sözlərinə görə belə hallar yüksələn xətlə davam edir. “İllər, aylar keçdikcə həm sayca həm də prinsipcə daha dəhşətli cinayətlərin şahidi oluruq. Bunun çox dərin səbəbləri var. Yaşayış tərzinin çətinləşməsi, sosial problemlər insanlarda aqressiyanı artırır. Bu qəzəb hissi özünü hardasa göstərməlidir. Digər tərəfdən milli dəyərlər məhv olduqca, insanlara televiziya vasitəsilə aparılan psixotrom terror genişləndikcə onların şüuru, yanaşması dəyişir. İnsanlar daha amansız, daha sərt olur. Cinayətlərin xarakteristikasına da baxdığımız zaman bunun aydın şahidi olmaq olar. Bir növ dediyim kimi bu tip hallar mənəvi dəyərlərlə bağlıdır ki, bunun nəticəsində insani xüsusiyyətlər yavaş yavaş arxa plana keçir. İndiki uşaqlar, gənclər televiziyalardakı kriminal verilişlərlə, aqressiv komputer oyunları ilə böyüyür. Bu da getdikcə şüuraltında özünə yer edir, insan beynindəki xarakteri dəyişdirən proseslərə səbəb olur. Məsələyə ümumi yanaşsaq bunlar 2 səbəblə bağlıdır. Sosial-iqtisadi vəziyyət və mənəvi-psixoloji deqredasiya. Artıq son zamanlar psixi problemli insanların, mənəvi dəyərlərə əhəmiyyət verməyən insanların sayı artır. Bütün bunlar son nəticədə cinayət tipli hadisələrə gətirib çıxarır. Ona görə də, həm cəmiyyət, həm dövlət, həm də media bu təbliğatın qarşısını almalıdır. İnsanların sosial rifahı yaxşılaşdırılmalıdır. Sosial şəbəkələrdə kriminal həyat tərzinin önə çəkilməsinin qarşısı alınmalıdır. Onun yerinə mənəvi dəyərlər təbliğ olunmalıdır.”

Başqa bir sosioloq Lalə Mehralının fikirlərinə görə isə biz bu məsələlərdə konkret kimdəsə günah axtarmamalıyıq. “Bu cinayətlərin günahı hamıdadır. Misal olaraq, 15 yaşlı qızın nişanlısı tərəfindən öldürülməsi məsələsinə baxaq. Onun anasında, atasında, nənəsində, qohum-qonşularında, məktəbdən çıxarılmasına göz yuman müəllimlərində, o qızın nişan mərasimində yeyib-içib, əylənib evinə dönənlərdədir günah. Bu qədər etiraz edirik, yazırıq, ictimailəşdiririk. Bəs kimin üçün edirik bunları? O qızların yaşamağı üçün, normal təhsil ala bilməyi üçün. Demək ki, başqa yollara əl atmaq lazımdır. Hansı ki, o valideynləri öz övladlarının cinayətinə səbəb olduqları üçün qanun qarşısında cəzalandırmaq lazımdır. Şərt deyil ki, əlləri ilə öldürmüş olsunlar. Özündən 10 yaş böyük olan nişanlısı onun başını kəsdi, lakin bıçağı tutan əl tək onun əli deyildi.”
Lalə xanımın sözlərinə görə indiki dövr informasiya dövrüdür. “Atdığımız hər addımda hansısa kommunikasiya vasitəsinə rast gəlirik. Hər kəs kritik anlarda hansı nömrəyə, kimə müraciət etməli olduğunu bilir. Şikayətdən sonrakı proses isə hüquq mühafizə orqanlarının və jurnalistlərin işidir. Ümumiyyətlə son illər müşahidələrə görə demək olar ki, insanlar çox soyuqqanlı olublar. Onlar sosial şəbəkələrdə paylaşılan qətl videolarına o qədər maraqla baxırlar ki, həqiqətən qan dondurucu vəziyyətdir. Mən başa düşmürəm insanların içərisindəki bu qədər acımasızlıq nədən irəli gəlir? Niyə insanlar belə şeylərə baxmaq hərisliyi duysun? Əvvəllər efirlərdə cinayət verilişləri olurdu. Hansı ki, qətllərlə bağlı o qədər ipucu verilirdi ki, o verilişə baxan insanlar artıq potensial qatil sayılırdı. Dediyim kimi, məndən olsa mətbuatda bu tip video və şəkillər paylaşılmamalıdır.”

P.S: Biz də öz növbəmizdə belə halların yaşanmamasını, ən azından azalmasını güman edir və bu qətllərdə əli olan hər kəsi qınayırıq. 
Jurnalist Şəbnəm MƏŞİYEVA

1-11-2022, 22:08 203

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041