Naxçıvan əməliyyatının şok detalları: Prezident şəxsən göstəriş verib

Naxçıvan əməliyyatının şok detalları: Prezident şəxsən göstəriş verib

Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikasının Gömrük Komitəsində korrupsiyaya qarşı böyük əməliyyat başlatması ilə bağlı sensasion detallar məlum olub.
Sumqayit.tv xəbər verir ki, Yenipress.az-a daxil olan məlumata görə, Naxçıvan Gömrük Komitəsində korrupsiya faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə aylar öncə məlumat daxil olub.
Mənbəmiz bildirib ki, Naxçıvan GK xüsusilə Türkiyə və İrandan daxil olan malların dəyərindən ən azı onqat aşağı rəsmiləşdirməsi ilə məşğul olub:
“İş o yerə çatıb ki, Naxçıvan GK artıq Bakı və Azərbaycanın digər rayon və şəhərlərində fəaliyyət göstərən sahibkarlara da dəllallar vasitəsilə xidmətini təklif edib. Belə ki, gömrük rəsmiləşməsi üçün qanunun tələbindən iki dəfə ucuz rəsmiləşmə təklif edilib. Beləliklə, malın dəyərinin yalnız 10 faizi büdcəyə keçirilib, 40-50 faizini isə gömrük işçiləri mənimsəyiblər. Bir çox sahibkar isə bu “əlverişli” rəsmiləşmədən imtina etməyib və mallarını Naxçıvan vasitəsilə ölkəyə idxal edib”.
İddialara görə, Naxçıvan GK-də 132 milyonluq korrupsiya faktının ortaya çıxması çox cüzi məbləğdir. Əslində isə illərlə davam edən bu prosesdə dövlət büdcəsinə milyardlarla manat ziyan vurulub.
Bildirilir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun nüfuzuna görə bu özbaşınalığa Bakıdan müdaxilə cəhdi nəticə verməyib. “Naxçıvan xanı” hər hansı əməliyyatın keçirilməsinə imkan verməyib və bu təşəbbüslərin qarşısını dərhal alıb. Yalnız bu barədə Prezident İlham Əliyevə məruzə olunduqdan sonra əməliyyat başlayıb. Belə ki, Prezident Əliyev qanunsuzluqların qarşısını almağı əmr edib və hazırkı proseslərə də şəxsən nəzarət edir:
“Naxçıvan qapalı yer olduğu üçün orda gedən prosesləri izləmək o qədər də asan deyildi. Qanunsuzluqlar haqda detallı məlumatı Naxçıvan DTX-sı mərkəzə ötürməli olduğu halda, heç bir iş görmürdü və mərkəzi bu məlumatlarla təmin etmirdi. Buna görə də Naxçıvanda başlayan proseslərin birinci zərbəsi bu quruma dəydi. Naxçıvan DTX-sı ləğv edildi və o, Baş İdarəyə çevrilərək, bütünlüklə mərkəzə tabe etdirildi”.
Mənbəmiz onu da qeyd edib ki, proseslərin sürətlənməsinə təkanı Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun sentyabrda azadlığa çıxması və Bakıya gəlməsi verib. V.Ələsgərov qanunsuzluqlar haqda DTX-nı məlumatlandırıb. Yalnız bundan sonra toplanan məlumatlar yoxlanıb və Prezidentə məruzə edilib.
Naxçıvan DTX-sının informasiyaları mərkəzlə bölüşməməsi və yalnız Vasif Talıbovun əmrlərini icra etməsi isə milli təhlükəsizliyi təhdid edən məsələ kimi qəbul edilib. Naxçıvanda xüsusilə İran təsirinin qarşısının alınmaması, əksinə, rəsmilərin İran şirkətləri ilə ortaq əməliyyatlarına şərait yaratması da ölkə rəhbərliyinin ciddi narazılığını şərtləndirib.
Naxçıvan maliyyə nazirinin həbsinin sıradan hadisə olmadığını qeyd edən mənbəmiz əməliyyatın bütün strukturlarda davam edəcəyini, muxtar respublikada ciddi dəyişikliklərə gətirib çıxaracağını da qeyd edib.
Xatırladaq ki, maliyyə naziri Samir Şərifov da MM-dəki çıxışında Naxçıvanda əhəmiyyətli struktur islahatları getdiyini təsdiqləmişdi.

28-11-2022, 12:38 125

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903