Türkiyə uğurları ilə təəccübləndirir - Bu silah donanmanın ONURĞA SÜTUNU olacaq-VİDEO



Türkiyənin "Baykar" şirkətinin istehsal etdiyi yeni nəsil pilotsuz döyüş təyyarəsi Bayraktar "Kızıl elma" (MİUS) dekabrın 14-də ilk uçuş sınaqlarını uğurla başa vurub. Gələcəyin döyüş konsepsiyasına istiqamət verəcək "Kızıl elma" aqressiv manevrlərlə hava döyüşü apara biləcək və aşağı radar kəsiyi ilə təhlükəsizlik qüvvələrinin əsas güc amili olacaq.
Qısa uçuş zolağı olan gəmilərdən qalxıb-enmə qabiliyyətinə malik olan pilotsuz döyüş təyyarəsi gövdə içərisində daşıyacağı sursatla hədəflərə hücum edə biləcək.
Sumqayit.tv Musavat.com -a istinadən xəbər verir ki, ABŞ-da nəşr olunan "Defense News" hərbi jurnalı "Kızıl elma"nın sürətinə diqqət çəkib.
"Kızıl elma" Baykarın on ildən artıqdır ki, öz imkanları ilə üzərində çalışdığı xüsusi bir layihədir. 1,5 tonu sursat olan pilotsuz döyüş təyyarəsinin ümumi qalxma çəkisi 6 tondur. O, 35.000 ilə 40.000 fut arasında yüksəklikdə uçacaq" - məqalədə bildirilir.
63a164317af5070020f62110.jpg (54 KB)
"Defense News" Baykarın pilotsuz döyüş təyyarəsi layihəsini ilk dəfə 2021-ci ilin yayında elan etdiyini, 2022-ci ilin martında konveyerdə göründüyünü və ilk mühərrik inteqrasiyası testinin 2022-ci ilin sentyabrında edildiyini yazıb: "Dron gələcəkdə Türkiyə Hərbi Dəniz Qüvvələrinin onurğa sütunu olacaq".
“Kızıl elma”nın texniki xüsusiyyətlərinin ətraflı şəkildə yer aldığı məqalədə pilotsuz döyüş təyyarəsinin qısa uçuş zolaqları olan təyyarə gəmilərinə enib-qalxa biləcəyinə və daxili sursatlarla xidmət göstərə biləcəyinə diqqət çəkilib.
Qeyd edək ki, Baykar şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktar 14 dekabrda "Kızıl elma"nın uçuşunu videoya çəkərək sosial mediada paylaşıb. 

 
"KIZIL ELMA"NIN XÜSUSİYYƏTLƏRİ
Əsas uçuş performansları
500 Nm vəzifə radiusu
35.000 fut əməliyyat hündürlüyü
5 saat havada qalmaq
6 ton maksimum uçuş çəkisi
0,6 mach müşahidə sürəti
1500 kq yükgötürmə qabiliyyəti
Qabaqcıl xüsusiyyətlər
Avtomatik enmə və qalxma
Aşağı görünürlük
Yüksək manevr qabiliyyəti
Görmə Xətti Əlaqəsi
Qısa uçuş-enmə zolağında olan təyyarə daşıyıcılarından qalxma və enmə qabiliyyəti
AESA Radar ilə yüksək situasiya məlumatlılığı

20-12-2022, 16:38 162

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041