Narkotik satan əmioğlular TUTULDULAR - FOTO/VİDEO


Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib. Son iki gün ərzində keçirilən tədbirlər nəticəsində 8 nəfər saxlanılıb, onlardan aşkarlanan 15 kiloqram narkotik dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə əmioğlanları - Fərman və İsrafil Qarayevlər saxlanılıblar.
Şəxsi axtarış zamanı qohumların üzərindən marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə Fərman Qarayevin yaşadığı ünvanda külli miqdarda narkotik vasitə gizlətdiyi də müəyyən edilib. Onun Gərəkli kəndi ərazisində yerləşən evinə baxış zamanı ümumi çəkisi 14 kiloqrama yaxın olan qurudulmuş marixuana aşkarlanıb. Araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitəni ötən ilin mart ayında meşəlik ərazidə becərdiyi çətənə kollarından əldə etdiyi məlum olub. Həmin meşə massivinə baxış keçirilərkən oradan narkotik tərkibli bitkilərin hissələri götürülərək istintaqa təhvil verilib.
Polis əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotikləri satmaqda, saxlamaqda şübhəli bilinən daha 6 nəfər rayon sakini - Əsgər Əsgərov, Rizvan Cücüyev, Azər Qardaşov, Kamran Əliyev, Araz Babayev və onun qohumu Nazim Baradov tutulub. Onlardan külli miqdarda güclü təsiredici narkotik vasitə-heroin və marixuana aşkar edilərək dövriyyədən çıxarılıb.
Qeyd edək ki, saxlanılan şəxslərin əksəriyyəti əvvəllər də eyni əmələ görə məhkum olunublar və onlar izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, rayon ərazisində “ağ ölüm”ü yayan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.



5-01-2023, 12:47 172

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041