Ölkəmizin İrandakı səfirliyinin fəaliyyəti tam dayandırıldı-Rəsmi
Azərbaycan səfirliyinin İrandakı diplomatik fəaliyyəti tamamilə dayandırılıb, bu qərar Təbrizdəki Baş Konsulluğun fəaliyyətinə şamil olunmur. Sumqayit.tv-ın məlumatına görə, bunu yanvarın 29-da Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.