"Sumqayıt" Şimali Makedoniyanın "Şkupi" komandasının futbolçusu Valid Həmidi ilə anlaşıb.
"Sumqayit.tv" "sportclub.mk" saytına istinadən xəbər verir ki, əlcəzairli hücumçu tezliklə "gənclik şəhəri" təmsilçisi ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, son iki mövsümü "Şkupi"də keçirən 27 yaşlı forvard 70 oyuna 7 qol vurub. O, daha əvvəl ölkəsinin "MC Oran", "ASM Oran" və "JSM Skikda" komandalarında çıxış edib.