Ekspert: “Ermənistan dezinformasiya yaymaqla, beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir”


“Bəli, bildiyimiz kimi Ermənistan silahlı qüvvələri Azərbaycanın Ordusunun yerləşdiyi Kəlbəcər rayonu istiqamətindəki mövqelərini minaatan silahlardan atəşə tutub. Ermənistan Müdafiə Nazirliyi sözügedən təxribatı Azərbaycanın üzərinə qoymaqla, növbəti dəfə dezinformasiya yaymaqla məşğuldur. Ermənilərin məqsədi beynəlxalq ictimaiyyəti çaşdırmaq, özlərinin məzlum görkəmlərini dünyaya çatdırmaqdan ibarətdir”.
Bu fikri Busaat.az-a özəl olaraq açıqlamasında siyasi ekspert Elçin Abdullayev bildirib.
E. Abdullayev qeyd edib ki, ermənilər artıq onların ətrafında halqanın daraldığını hiss edirlər. Artıq neçə vaxtdır ki, ermənilər beynəlxalq qurumlara və bəzi güc mərkəzi sayılacaq dövlətlərə rəsmi Bakıdan şikayət edirdilər. Sonuncu belə şikayət BMT səviyyəsinə qaldırılmışdı. Onlar istəyirdilər ki, BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı hansısa sanksiyalar tətbiq etsin. Ən azı Bakı əleyhinə bəyanat qəbul olunsun. Lakin, Təhlükəsizlik Şurasında “Laçın dəhlizi “ məsələsi müzakirəyə çıxarılsa da, ermənilərin arzuları suya düşdü. Ona görə də Ermənistan özünün diplomatik uğursuzluğunu sığortalamaq üçün sərhəd bölgəsində hərbi təxribatlara əl atmaqla məşğuldur. Əslində isə belə təxribatlar beynəlxalq ictimaiyyəti çaşdırmaqla yanaşı, həm də regionda uzunmüddətli sülhün qarşısını almağa xidmət edir. İrəvanın bu cür davranışları isə şübhəsiz ki, ilk növbədə özlərinin əleyhinə işləyir.
“Ermənistan yeni dünya düzəninin formalaşdığı bir vaxtda Azərbaycan və Türkiyənin oynadığı rolun təsir gücünü nəzərə almalıdir. Əks təqdirdə, öz gələcəyini sual altına almış olacaq. Ona görə də, yaxsı olardı ki, qarşı tərəf bu amilləri nəzərə alıb, öz əleyhinə işləyən təxribat dolu addımlardan əl çəksin”, – ekspert vurğulayıb.

1-09-2023, 17:26 182

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041