QAİ Sumqayıt nümayəndəliyi Hacı Zeynalabdində qəsəbəsində görüş keçirib-FOTOLAR

Qərbi Azərbaycan İcması Sumqayıt şəhər nümayəndəsi və üzvləri Hacı Zeynəlabdin qəsəbəsində deportasiya edilmiş qərbi azərbaycanlılarla görüş keçirib.
Sumqayit.tv
xəbər verir ki, qəsəbənin 19 saylı tam orta məktəbində təşkil olunan tədbiri Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının sözügedən inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lalə xanım Hacıyeva açaraq iştirakçılara uğurlar arzulayıb. 
İcmanın Sumqayıt şəhəri üzrə nümayəndəsi Ramiz İsmayılov Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərlinin salamlarını toplantı iştirakçılarının diqqətinə çatdıraraq, tədbirə qatılan digər icma üzvlərini görüş iştirakçılarına təqdim edib. R.İsmayılov qarşıda duran məsələlərlə bağlı geniş məlumat verərək, ilk növbədə siyahıyaalmanın təkrar dəqiqləşdirilməsini və icma üzvlərinin bir-biri ilə koordinasiya yaratmasını görüşə qatılanlara tövsiyə edib. 
Növbəti çıxışçılar: təhsil işçisi Niyaz Süleymanlı, Hacı Zeynalabdin qəsəbə Ağsaqqallar Şurasının sədri Arif Qafarov, Sumqayıt şəhər Təbiət Elimlər Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov, icma uzvü Cəmilə Fəyyaz və politoloq Elçin Abdullayev öz nitqlərində hər kəsi dövlət başçısı İlham Əliyevin xeyir-duası ilə başladılan bu işə dəstək verməyə və qərbi azərbaycanlıların haqq səsinin tezliklə dünyaya çatdırılması istiqamətində fəallıq göstərməyə çağırıblar. 
Görüşün sonunda bu işlərin təşkili və nəzarəti qəsəbə sakini, Qərbi Azərbaycan kökənli İlyas Hüseynova həvalə edilib.
Qeyd edək ki, tədbirdə Sumqayıtın əmək veteranı, sahibkar Xankərəm Vəliyev, istefada olan polis polkovniki, Bakı Arxiv idarəsinin rəisi Ağakişi Allahverdiyev və tanınmış cərrah, "Qəlb" Klinikasının baş həkimi Bəhram Paşayev də iştirak edib.


















11-09-2023, 10:44 493

Digər xəbərlər

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

Yağışdan sonra Sumqayıtın bəzi küçələri gölməçəyə çevrilib - VİDEO

Paşinyan: “Sumqayıta dönüş məsələsi gündəmdə olmayacaq”

Uşaqlara sosial şəbəkə QADAĞASI gəlir – Mask hamını SİLKƏLƏDİ

Ferda Amin Sumqayıtda “Komedium” şousu ilə çıxış edəcək

Sumqayıt nümayəndə heyəti Çində keçirilən beynəlxalq konfransda iştirak edib - FOTO

Sumqayıtda məktəbin hasarı aşıb – güclü yağış fəsad törətdi - VİDEO

Müstəqillik Günü ilə bağlı deputatdan diqqətçəkən açıqlamalar

1 2 3 4 5 6 7 8 9 10 ... 1058
Dünən, 22:31
Dünən, 21:20
Dünən, 20:30
Dünən, 12:19
Dünən, 10:17
Dünən, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
25-05-2026, 19:40
25-05-2026, 19:32
25-05-2026, 19:26
25-05-2026, 19:23
25-05-2026, 19:18
25-05-2026, 19:10
25-05-2026, 19:06
1 2 3 4 5 6 7 8 9 10 ... 1058