Natiq Cəfərli AZAL-ı tənqid etdi, rəhbərlik görüşdü: "Qiymət endirimləri olacaq"

 
AZAL rəhbərliyi Natiq Cəfərlini aviaşirkəti tənqid etməsi ilə bağlı qəbul edib.
Musavat.com xəbər verir ki, bu barədə N.Cəfərli Facebook ozünün Facebook səhifəsində məlumat verib.
N.Cəfərli yazır ki, görüşdə bu günə kimi AZAL-ın ünvanına səsləndirdiyi tənqidlər və bununla bağlı formalaşan ictimai rəy barədə S.Rzayevə məlumat verib: "Bu gün AZAL-ın birinci vitse-prezidenti, quruma rəhbərlik edən Samir Rzayevın dəvəti ilə ofisində görüşdüm. Bu günə qədər AZAL-la bağlı publik səsləndirdiyim tənqidi məqamları, cəmiyyətdə yaranmış fikirləri Samir müəllimə dedim. Çox ətraflı və maraqlı müzakirəmiz oldu, haqlı tənqidləri qəbul etdi, bəzi mözvulara aydınlıq gətirdi – məsələn, mənim də ən çox tənqid etdiyim məqamlardan biri regionlarda olan hava limanlarının boş qalması, AZAL-ın bu limanlardan effektiv istifadə etməməsidir ki, bu da AZAL-a əlavə xərc və yük gətirir. Hörmətli Samir müəllim dedi ki, bütün hava limanları ilə bağlı, hətta simvolik icarə haqqına razı olmaqla xarici şirkətlərə müraciət olunub, danışıqlar gedir. Yəni, bu məsələdə AZAL-ın indiki rəhbərliyi danışıqlara da, qərar verməyə də hazırdır.
Ən vacib məsələ, qiymətlərin baha olması ilə bağlı tənqidləri də normal qarşıladı, bu yöndə ciddi işlər apardıqlarını dedi, bəzi aksilayaların, məsələn, Türkiyədə oxuyan tələbələrə güzəştli biletlər satılmasının artıq həll olunduğunu, bu yanaşmanın başqa ölkələrdə oxuyan tələbələrə də şamil olunması üçün işlər görüldüyünü dedi. Qiymətlərin aşağı düşməsi üçün xərclərin azaldılması proqramı olduğunu söylədi, artıq keçən illə müqaisədə xərclərin 15% aşağı salınmasına nail olduqlarını, bunun da qiymətlərə təsir etdiyini dedi. Yaxın zamanlarda yeni qiymət endirimlərinin olacağını da söylədi.
Bir sözlə, dövlət orqanlarının və şirkətlərinin tənqiqdi çıxışlara belə dəvətlərlə reaksiya verməsi pozitivdir, təqdir olunası məqamdır. Sonda Samir müəllim AZAL-da İctimai Şura yaradılacağını, bu qurumun AZAL-ın şəffaf işləməsinə, siyasətinə təsir edəcəyini də söylədi və məni də bu qurumun işində iştirak etməyə dəvət etdi. Mən öz adıma deyə bilərəm ki, cəmiyyət, ictimayyət üçün pozitiv dəyişikliklərə dəstək verməyə həmişə hazıram. Mərkəzi Bankdan sonra AZAL rəhbərinin də belə görüşlər keçirməsi yaxşıdır – təki bu müzakirələr ölkədə dəyişikliklərə, ciddi qərarlara səbəb olsun..."

25-10-2023, 14:00 178

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041