Paşinyan sülh müqaviləsi imzalamaq istəyir? "Əsas məqsədi Rusiyanı..."


Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən Azərbaycanla imzalanması gözlənilən sülh müqaviləsindən danışıb.
O, yaxın aylarda bu müqavilənin imzalana biləcəyini deyib:
“Biz ümid edirik ki, qarşıdakı aylarda Azərbaycanla sülh və əlaqələrin bərpası razılaşmaları imzalayacağıq”.
Maraqlıdır ki, Paşinyan mütəmadi olaraq belə bəyanatlar verərək sülh müqaviləsinin yaxın zamanda imzalana biləcəyini söyləyir. Lakin addımları dediklərinə adekvat olmur. 
Bu isə sual yaradır: Paşinyan həqiqətən sülh müqaviləsi imzalamaq istəyir, ya yox?  
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Elçin Abdullayev bildirib ki, Paşinyan dəfələrlə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına və əlaqələrin qurulmasına dair xoşməramlı bəyanatlar səsləndirib:
336703
"Amma təəssüflər olsun ki, hər dəfə də verdiyi bəyanatların ardından bir gün belə keçmədən qaçıb. Əslində bu da təkcə Paşinyana xas olan məsələ deyil. Bu, ümumiyyətlə erməni xalqının xislətindən doğan məsələdir. Biz bunun bənzərini yaxın günlərdə Qarabağdakı keçmiş qondarma rejimin "rəhbəri" Samvel Şahramanyanın timsalında da gördük. 
Nikol Paşinyan da kifayət qədər dəyişkən xarakterli siyasətçidir. Bu da reallıqdır ki, Paşinyan onu hakimiyyətə gətirənlər qarşısında müxtəlif öhdəliklər götürüb. Hesab edirəm ki, bu öhdəliklərin başında Rusiyanın Ermənistandan çıxarılması durur. Yalnız ondan sonra digər məsələlər və Azərbaycanla sülh müqaviləsinin gündəmə gələ biləcəyi görünür".
Politoloq qeyd edib ki, Paşinyan Rusiyanın Ermənistandan çıxarılması üçün bəzi addımlar atmalıdır:
"Əslində onların birincisi Azərbaycanla münasibətləri normallaşdırmaq və sülh müqaviləsini imzalamaqdır. Düşünürəm ki, Paşinyan bu addımı atarsa, Rusiyanı Ermənistandan daha tez çıxara bilər. Nəzərə almaq lazımdır ki, bu gün Ermənistanın sərhədlərini rus hərbçiləri qoruyur. Lakin Ermənistanın İranla münasibətiləri çox yaxşıdır, Azərbaycanla sülh müqaviləsi imzaladıqdan sonra rəsmi Bakı və Ankara ilə də münasibətləri düzələcək.
Belə olacağı təqdirdə, ermənilər İran, Azərbaycan və Türkiyədən təhlükə gözləməyəcəklər. Əslində indi də bu ölkələrdən onlara qarşı heç bir təhlükə yoxdur. Rəsmi Bakı və Ankara Ermənistandan torpaq iddiasında olmadığını dəfələrlə bəyan edib. Yəni bundan sonra Rusiyanın hərbi bazalarının və sərhədçilərinin Ermənistanda qalmasına gərək qalmayacaq".
Elçin Abdullayevin sözlərinə görə, Ermənistanın Baş nazirinin əsas məqsədi Rusiyanı ölkəsindən çıxarmaqdır:
"Ümumiyyətlə, Paşinyan sülh müqaviləsi imzalamadan nə Ermənistanı düşdüyü blokadadan çıxarda bilər, nə də Qərb dairələri qarşısında üzərinə götürdüyü kimi Rusiyanı ölkəsindən çıxarmağı həyata keçirə bilər. Ona görə də Paşinyan sözünün üstündə durmalı və Azərbaycanla sülh müqaviləsi imzalamalıdır".

27-10-2023, 11:43 131

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903