Abşeronda 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq öldü - VİDEO
Abşeronda 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq ölüb.
SUMQAYIT TV xəbər verir ki, hadisə "Abşeron Gənclər Şəhərciyi"ndə qeydə alınıb. 2019-cu il təvəllüdlü Oruclu Selin Elnur qızı 6-cı mərtəbədə olan mənzildə oynayarkən pəncərədən yerə yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.