QAİ Sumqayıt nümayəndəliyi "Zəfər Günü" münasibəti ilə tədbir keçirib-FOTOLAR


“Qərbi Azərbaycan İcması” Sumqayıt şəhər nümayəndəliyi “Zəfər Günü” münasibəti ilə “Sənin adınla bağlı bu xalqın hər zəfəri” mövzusunda tədbir keçirib. 
Sumqayit.tv
xəbər verir ki,  QAİ Sumqayıt nümayəndəliyinin təşkil etdiyi görüşdə müxtəlif sahələrdə çalışan  Qərbi Azərbaycan kökənli şəxslərlə yanaşı, Sumqayıt şəhər İcra Hakimiyyətinin birinci müavini Teymur Səmədov, “Qərbi Azərbaycan İcması”nın sədr müavini, deputat Hikmət Babaoğlu, İcmanın Qadınlar Şurasının sədri, deputat Məlahət İbrahimqızı, İcmanın Gənclərlə iş təşkilatının üzvü deputat Emin Hacıyev, İcmanın Qəyyumlar Şurasının üzvü Nizami İsgəndərov, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Hacı Zeynalabdin qəsəbə nümayəndəsi Lalə Hacıyeva və  Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova  digərləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Sumqayıt şəhərində Ulu Öndər Heydər Əliyevin adına ucaldılmış abidəni ziyarət ediblər. 
Sonra Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının akt zalında davam edən yığıncaqda Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.  
İcmanın Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov tədbiri açıq elan edərək, giriş nitqi ilə çıxış edib. O, Zəfərə gedən yolun başlanğıcının məhz Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün isə  Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyəti nəticəsində məntiqi sonluqla yekunlaşdığını  deyərək, əlavə edib ki, Ali Baş Komandanın iradəsi və müdrik siyasəti sayəsində biz qərbi azərbaycanlılar da mütləq öz ata-baba yurdlarımıza qayıdacağıq. Çünki, ortada güclü liderin, dönməz və sarsılmaz siyasi iradəsi var. 
Çıxış edən digər natiqlər, o cümlədən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, deputat Hikmət Babaoğlu, deputat Məlahət İbrahimqızı, deputat Emin Hacıyev, icma üzvü, ağsaqqal Sevindik Hüseynov, Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşı Fərman Kazımov, gənc yazar Şah Selim Türkay və hər zaman ürəyi vətən həsrəti ilə alışıb-yanan İcmanın Ağsaqqallar şurasının üzvü,  şair Əvəz Mahmud Lələdağ tədbirin əhəmiyyəti barədə danışaraq, gedilən yolda hər kəsə uğurlar arzulayıblar.









































































7-11-2023, 17:13 448

Digər xəbərlər

Qurumlar sosial şəbəkə rəylərini izləyirmi? – Sumqayıt TV rəsmi sorğu göndərdi

Sumqayıtda sürücülük vəsiqəsi almaq asanlaşır

Sumqayıtda Türkiyə vətəndaşı ölmüş halda tapılıb

Prezident İlham Əliyev Naxçıvanda yeni təyinatlarla idarəçilikdə şəffaflıq və məsuliyyət mesajı verdi

Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Sumqayıt sakinləri üçün AZAL reyslərində “powerbank” istifadəsinə yeni qadağa tətbiq olunacaq

Mehdiabadda kafedə bıçaqlanma: iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb – TƏFƏRRÜAT

Sumqayıtda müntəzəm marşrut avtobusları üçün yeni tələblər müəyyən edilib

Sumqayıtda kişi restoranın pilləkənlərindən yıxılaraq ölüb

Sumqayıtda bir gündə iki avtomobil yanıb

Prezident İlham Əliyevin 12 noyabr çıxışı dövlət idarəçiliyində yeni mərhələnin başlanğıcıdır

MDU-da “Velo Park – Sağlam Gənclik, Yaşıl Kampus” layihəsinin təqdimatı keçirildi - FOTO/ VİDEO

Sumqayıtda avtomobil dərəyə aşdı

Sumqayıtda piyada zolağı maşınlarla bloklanıb, digər tərəfdə isə keçid birbaşa köşk üstünə düşür - VİDEO

Deputat: Azərbaycan–Özbəkistan əlaqələri rekord səviyyədədir

Sumqayıt Telekommunikasiya Qovşağında işçi sayı zərurət yarandıqca optimallaşdırılacaq

Zakir Fərəcov sakinlərin müraciətlərini dinlədi - FOTO

Xırdalan-Sumqayıt reysləri nə vaxt bərpa olunacaq?

İlham Əliyev fərman imzaladı – Sumqayıtla bağlı dəyişiklik də var

Şagirdlər növbəti həftədən beşgünlük payız tətilinə çıxır

1 2 3 4 5 6 7 8 9 10 ... 986
Dünən, 15:00
Dünən, 13:31
Dünən, 13:15
Dünən, 13:01
Dünən, 12:35
Dünən, 12:20
Dünən, 12:05
Dünən, 12:00
Dünən, 11:47
Dünən, 11:21
Dünən, 11:06
Dünən, 10:49
Dünən, 09:15
Dünən, 09:00
15-11-2025, 13:21
14-11-2025, 18:14
14-11-2025, 16:26
14-11-2025, 16:11
14-11-2025, 16:07
14-11-2025, 13:10
14-11-2025, 11:57
14-11-2025, 11:52
14-11-2025, 11:47
14-11-2025, 09:29
14-11-2025, 09:01
13-11-2025, 20:05
13-11-2025, 19:48
13-11-2025, 17:57
13-11-2025, 17:42
13-11-2025, 16:38
13-11-2025, 15:57
13-11-2025, 15:50
13-11-2025, 15:47
13-11-2025, 12:42
13-11-2025, 12:38
13-11-2025, 12:29
13-11-2025, 11:25
13-11-2025, 11:15
13-11-2025, 10:51
13-11-2025, 10:23
1 2 3 4 5 6 7 8 9 10 ... 986