Sumqayıtda 31 yaşlı kişi qardaşına xəsarət yetirdi — TƏFƏRRÜAT


Sumqayıt şəhərində 1992-ci il təvəllüdlü Rəşad qardaşı Elxana (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Sumqayit.tv-in əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində baş verib. Rəşad birgə yaşadıqları evin həyətində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qardaşı Elxanı vuraraq ona bədən xəsarəti yetirib.
Hadisəni törədən Rəşadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham verilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, son 22 ildir Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən fərdi evdə özü, qardaşları Elxan və Elmir, anası Südabə, qardaşı Elxanın arvadı və 2 azyaşlı övladı yaşayırlar: “Hadisə günü, gecə saat təxminən 01-02 radələrində yaşadıqları evdə olan zaman həyətdə qardaşım Elxanla aramızda mübahisə yarandı. Həmin vaxt qardaşımız Elmir də yanımızda olub”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, mübahisəyə səbəb qardaşı Elxanın evli olduğu halda başqa qadınla münasibət saxlaması olub: “Mübahisə zamanı əsəbləşərək yumruqla bir dəfə Elxanın sol gözünə vurdum. Həmin vaxt digər qardaşım Elmir araya girərək bizi ayırdı. Sonra Elxan Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdi. Sonra polis əməkdaşları hadisə yerinə gəldilər. Hadisədən bir müddət sonra qardaşım Elxan işləmək üçün Rusiyaya getdi. Hazırda da oradadır. Əməlimdən peşman olmuşam. Qardaşımla barışmışam”.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. 
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 
Bu səbəbdən Rəşadın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.//Demokrat.az

13-11-2023, 11:20 197

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065