Sumqayıt küçələri bazara çevrilib - FOTOLAR



Sumqayıtda qanunsuz küçə ticarəti ilə məşğul olanların küçədə piyada səkilərinin zəbt edilməsi böyük vüsət alıb.
Sumqayit.tv-in məlumatına görə,  vəziyyət o yerə çatıb ki, piyadalar onlar üçün nəzərdə tutulmuş səkilərlə rahat, maeəsiz gedib-gələ bilmir.
Əlbəttə insanların dolanışığını təmin etmək üçün ticarətlə məşğul olmasını başa düşmək olar, amma yolun az qala təmiz tutulması heç cürə yolverilməzdir.
Buna Sumqayıt şəhər İcra Hakimiyyəti və salahiyyətli, aidiyyəti qurumlar qurumlar göz yumur. Daha doğrusu elə çox güman onlar şərait yaradır.Çünki, mümkün deyildir ki, küçələr pərakəndə ticarətlə məşğul olanlarla dolu olsun, əlaqədar qurumlar bunu görməsin. Ən azından hər bir yerdə sahə müvəkkili, post-patrul xidməti, icra orqanlarının nümayəndələri var.
Küçə ticarəti ilə ilə məşğul olunan bu kimi ərazilərdə həmçinin böyük səs-küy, antisanitariya şəraiti hökm sürür. Şəkillərdəki,(bu hələ səhər mənzərəsidir adam azdır , axşamlar xaos olur) Sumqayıtın 13-cü mikrorayonu, Babək küçəsidir, amma belə acınacaqlı mənzərəyə şəhərin demək olar ki,hər yerində rast gəlmək olar. Məsələn, şəhərin mərkəzində,Heydər Əliyev prospektində, 2-ci mikrorayonda, “Məktəbli”, EuroSport mağazalarının qabağı-bazara yaxın dayanacağın ətrafı Hindistanın tipik mənzərəsini xatırladır ki, bu da şəhərin görünüşünə də pis təsir edir.
Üstəlik küçə ticarətçi ilə məşğul olanların heç bir sənədi olmur və məlumata görə ayrı-ayrı səlahiyyətli şəxslərə gündəlik toplam 50-100 manatacan yerpulu verirlər, xərcləri çıxır. Belə “toçkalar” şəhərdə 100-lərlədir. Sumqayıt Şəhər Sanitar Gigiyena və Epidemiologiya Mərkəzi də belə yerlərdə yoxlama aparmır.
Maralanılsa məlum olar ki, meyvə-tərəvəz satılanlar verilən pula görə heç bir çek-filan verilmir, yığılan pullardan dövlətə heç  bir rüsum-filan ödənilmir.
Heç olmasa dükanı onun işində,ya bir az qabağında satsa bu cür vəziyyət yaranmaz.Yayda bəhanə edirlər mal xarab olur, kondisioner yoxdur, dükanda müştəri də girmir içəri . Qışda ki işəri isti olmur, mal da  xarab olmur o qədər....
Hər dəfə də bu məsələ mətbuatda işıqlananda Sumqayıt Şəhər İcra Hakimiyyəti məlumat yayır ki: ”Sumqayıt şəhərində qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumların birgə iştirakı ilə qabaqlayıcı tədbirlər həyata keçirilir. Səkiləri zəbt edərək piyadaların hərəkətini mane olan, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılarla izahat xarakterli söhbətlər apararılır, yalnız xüsusi ayrılmış yerlərdə ticarətlə məşğul olmaları onların diqqətinə çatdırılır”.
Və bir müddət müəyyən qayda yaradılır və küçə ticatəri qismən yığışdırılır, ara sakitləşəndən sonra yenidən küçələr bazara çevrilir və küçə ticarətinə icazə üçün alınan pul qalxır. Çox güman ki, yenə də elə olacaq.
Həmçinin bu cür yerlərdə alıcılar çəkidə, pulda aldadılır, onlarla kobud davranılır,şikayətlərinə məhəl qoyulmur. Çünki, heç bu kimi hallara rəsmən nəzarət edilmir.//Mia.az



13-11-2023, 17:51 510

Digər xəbərlər

Virus mövsümü və imtahanlar: Sumqayıt Dövlət Universitetində tələbələr üçün hansı imkanlar var?- SORĞU

Sumqayıtda park ərazisində şübhəli işlər aparılır? - Sakinlər narahatdır

Sumqayıtlı aktrisa 12 illik fasilədən sonra səhnəyə qayıdıb – ÖZƏL

Sumqayıtda qanunsuz küçə ticarətinə selektiv, ya vahid yanaşma? (PROBLEM)

Əsgər ölümü ilə bağlı Sumqayıt Hərbi Prokurorluğunda aparılan istintaq yekunlaşıb

Kənar təzyiqlərsiz qərar verən dövlət modeli

Prezidentdən Sumqayıtla bağlı mühüm mesaj

Bu tarixdən məktəblərdə 5 gün dərs olmayacaq

Sumqayıtın bu ərazisində 1200 abonentin qazı kəsiləcək

İlham Əliyevin müsahibəsi dövlət-vətəndaş dialoqunun aydın nümunəsidir

"Sumqayıtda Generalın Tələsi: Vaqif Axundovu Xilas edən Polkovnikin Şok Açıqlamaları"

Sumqayıtda ictimai nəqliyyat və yollar üçün böyük vəsait ayrılır – 155 milyonluq subsidiya paketi

Yeni Saray qəsəbəsində ekoloji təhlükə: ərazi nəzarətsiz zibilliyə çevrilir - ŞİKAYƏT

Sumqayıtda 11 köşk söküldü: küçə ticarətinin qarşısı alındı

Maduro presedenti və qaydasız dünya nizamı: qlobal sistem hara gedir? - VİDEO

Sumqayıtda vərəqə şüşə istehsal edən ilk zavoddan FOTOREPORTAJ

"Sumqayıt" qış təlim-məşq toplanışı üçün Antalyaya yollanıb

Dəm qazı səbəbilə Sumqayıtda bir ailənin üç üzvü zəhərlənib

Prezident və xanımından keçmiş prezidentə başsağlığı

Parlamentin içindən: Deputatlar nədən məmnun deyil? – Eksklüziv sorğu

1 2 3 4 5 6 7 8 9 10 ... 1004
Dünən, 18:19
Dünən, 18:02
Dünən, 14:53
Dünən, 14:34
Dünən, 14:31
Dünən, 13:59
Dünən, 13:00
Dünən, 12:58
Dünən, 12:45
Dünən, 12:42
5-01-2026, 23:24
5-01-2026, 23:21
5-01-2026, 21:31
5-01-2026, 14:55
4-01-2026, 09:39
3-01-2026, 17:27
3-01-2026, 17:23
3-01-2026, 14:59
2-01-2026, 19:17
2-01-2026, 16:34
2-01-2026, 15:13
2-01-2026, 13:12
2-01-2026, 09:20
1-01-2026, 18:38
1-01-2026, 17:59
1-01-2026, 17:51
1-01-2026, 00:29
1-01-2026, 00:22
31-12-2025, 22:01
31-12-2025, 17:45
31-12-2025, 16:16
31-12-2025, 11:41
30-12-2025, 20:14
30-12-2025, 16:43
30-12-2025, 16:28
30-12-2025, 16:22
30-12-2025, 16:16
30-12-2025, 16:10
30-12-2025, 16:01
30-12-2025, 15:54
1 2 3 4 5 6 7 8 9 10 ... 1004