Tanınmış vəkil Sumqayıt səhiyyəsində rastlaşdığı biabırçılıqdan yazdı - FOTO


“Rastlaşdığım biabırçılığın ancaq Sumqayıt səhiyyəsinə və ya ölkənin bütün səhiyyə sahəsinə aid olmasını hələki bilmirəm. İnternetdən Səhiyyə Nazirliyinin qaynar xətti kimi göstərilən nömrəyə zəng etdikdə “nömrə müəyyən olunmadı” cavabını aldım”
Sumqayit.tv
xəbər verir ki, bu sözləri açıqlamasında tanınmış vəkil Əsabəli Mustafayev öz “Facebook” profilində yazıb.Əsabəli Mustafayev bildirir ki, ona sürücülük vəsiqəsi üçün 6 noyabr tarixində bitən müddəti uzatmaq üçün sağlamlıq haqqında arayış almaq lazım olub:.
“Məlum oldu ki, Sumqayıtın harasında yaşamaqdan asılı olmayaraq, bu arayış üçün ancaq “Ailə Sağlamlıq Mərkəzi” adlı poliklinikaya müraciət etmək lazımdır. Nə üçün insanlar yaşadıqları ərazidəki poliklinikada bu arayışı almaq hüququndan məhrum olunublar bilmirəm. Həm də bu poliklinika şəhərin ucqar ərazisində, köhnə, dəhlizləri darısqal binada yerləşir. Həmin əraziyə içtimai nəqliyyatın da marşurutu azdır.

Ayın 4-də poliklinikaya getdim, müayinə üçün tələb olunan 50 manatı ödədim. Müayinələr üçün göndəriş verilən otaqın qarşısında çoxlu sayda insanlar növbə gözləyirdi. Məlum oldu ki, kompyuterdə problem yaranıb və ustalar çağrılıb. Nəsə, bir neçə saatdan sonra göndərişləri alanda məlum oldu ki, artıq həkimlər evlərinə dağlışıblar.Bazar ertəsi tezdən gəldim, 2-3 həkim müayinəsindən (1-2 dəqiqləlik qəbula müayinə demək olarsa) keçdim. Hər həkimə o qədər növbə vardır ki, keçdiyim müaniyələrdən sonra məlum oldu ki, həkimlərin iş günü qutarıb.Bu həkimlərin çoxu qrafiklə işləyir, yəni ya səhərdən günartaya qədər, ya da günortadan axşama qədər. Lakin qapıların heç birinin üzərində həkimin iş qrafiki yazılmayıb. Ona görə də həkimləri soraqlaşmalı, dəfələrlə qapılarını döyməli olurduq.Növbədə çərləyən insanlar da bir-birini sözlə zəhərləməklə bu xaosda özlərinə təsəlli verirdilər. Nəhayət bu gün qalan müayinələri yekunlaşdıra bildim. Tələsik qayıtdım göndəriş verilən otağa ki, onu təhvil verib əvəzində arayış alım. Qapıda ən azı 15 nəfər gözləyirdi, ən pisi də iş günün sona yaxınlaşması idi (çünki bu gün də onlar üçün qısa iş günü sayılırdı).Bu arayış ilə “Asan xidmətə” gedib, orada qısa müddətə yeni sürücülük vəsiqəsi ala bilərdim.Lakin məlum oldu ki, yenə sistem işləmir və hamıya bildirdilər ki, arayış üçün ayın 10-da gəlməliyik.Beləliklə də, mən ayın 10-a qədər mülkiyyətimdə olan avtomaşından istifadə hüququndan məhrum edildim. Dəhşətlisi odur ki, adi texniki məsələni təşkil edə bilməyən belə bir quruma millətin həyatı və sağlamlığı həvalə olunub”.//Tribunainfo.az

13-11-2023, 21:30 342

Digər xəbərlər

Virus mövsümü və imtahanlar: Sumqayıt Dövlət Universitetində tələbələr üçün hansı imkanlar var?- SORĞU

Sumqayıtda park ərazisində şübhəli işlər aparılır? - Sakinlər narahatdır

Sumqayıtlı aktrisa 12 illik fasilədən sonra səhnəyə qayıdıb – ÖZƏL

Sumqayıtda qanunsuz küçə ticarətinə selektiv, ya vahid yanaşma? (PROBLEM)

Əsgər ölümü ilə bağlı Sumqayıt Hərbi Prokurorluğunda aparılan istintaq yekunlaşıb

Kənar təzyiqlərsiz qərar verən dövlət modeli

Prezidentdən Sumqayıtla bağlı mühüm mesaj

Bu tarixdən məktəblərdə 5 gün dərs olmayacaq

Sumqayıtın bu ərazisində 1200 abonentin qazı kəsiləcək

İlham Əliyevin müsahibəsi dövlət-vətəndaş dialoqunun aydın nümunəsidir

"Sumqayıtda Generalın Tələsi: Vaqif Axundovu Xilas edən Polkovnikin Şok Açıqlamaları"

Sumqayıtda ictimai nəqliyyat və yollar üçün böyük vəsait ayrılır – 155 milyonluq subsidiya paketi

Yeni Saray qəsəbəsində ekoloji təhlükə: ərazi nəzarətsiz zibilliyə çevrilir - ŞİKAYƏT

Sumqayıtda 11 köşk söküldü: küçə ticarətinin qarşısı alındı

Maduro presedenti və qaydasız dünya nizamı: qlobal sistem hara gedir? - VİDEO

Sumqayıtda vərəqə şüşə istehsal edən ilk zavoddan FOTOREPORTAJ

"Sumqayıt" qış təlim-məşq toplanışı üçün Antalyaya yollanıb

Dəm qazı səbəbilə Sumqayıtda bir ailənin üç üzvü zəhərlənib

Prezident və xanımından keçmiş prezidentə başsağlığı

Parlamentin içindən: Deputatlar nədən məmnun deyil? – Eksklüziv sorğu

1 2 3 4 5 6 7 8 9 10 ... 1004
Dünən, 18:19
Dünən, 18:02
Dünən, 14:53
Dünən, 14:34
Dünən, 14:31
Dünən, 13:59
Dünən, 13:00
Dünən, 12:58
Dünən, 12:45
Dünən, 12:42
5-01-2026, 23:24
5-01-2026, 23:21
5-01-2026, 21:31
5-01-2026, 14:55
4-01-2026, 09:39
3-01-2026, 17:27
3-01-2026, 17:23
3-01-2026, 14:59
2-01-2026, 19:17
2-01-2026, 16:34
2-01-2026, 15:13
2-01-2026, 13:12
2-01-2026, 09:20
1-01-2026, 18:38
1-01-2026, 17:59
1-01-2026, 17:51
1-01-2026, 00:29
1-01-2026, 00:22
31-12-2025, 22:01
31-12-2025, 17:45
31-12-2025, 16:16
31-12-2025, 11:41
30-12-2025, 20:14
30-12-2025, 16:43
30-12-2025, 16:28
30-12-2025, 16:22
30-12-2025, 16:16
30-12-2025, 16:10
30-12-2025, 16:01
30-12-2025, 15:54
1 2 3 4 5 6 7 8 9 10 ... 1004