Vahid Əhmədov hökumətə səsləndi

 

Deputat Vahid Əhmədov Milli Məclisdəki büdcə müzakirələrində bildirib ki, 2024-cü ilin büdcə vəsaitlərinin 9,3 milyard manatı, yəni 25,5 faizi müdafiə və təhlükəsizlik məsələlərinə ayrılıb. Eyni zamanda vəsaitlərin 43 faizinin sosial sahəyə ayrıldığını qeyd edib.
Sumqayit.tv xəbər verir ki, “2024-cü ilin dövlət büdcəsi post-müharibə dövrünün büdcəsidir” - deyən deputat qeyd edib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra bərpa-quruculuq işlərinə böyük vəsaitlər lazım olacaq. Ona görə də qarşıdakı illərdə islahatları dərinləşdirmək, əlavə gəlir mənbələri müəyyənləşdirmək, həmçinin büdcə vəsaitlərindən səmərəli istifadəyə diqqət etmək lazımdır.
V.Əhmədov bildirib ki, orta aylıq əmək haqqı 980 manat, orta aylıq pensiyalar 480 manat olsa da, əhalinin əmək haqqı və pensiyaları bu məbləğlərdən aşağıdır.
“Bu il Rəqabət Məcəlləsinin tezliklə işə salınmasını zəruri sayırıq” - deyən deputat seçicilərinin problemlərindən də danışıb.
O, bölgələrdə iş yerlərinin açılmasını zəruri sayıb, həmçinin qeyd edib ki, Quba-Xaçmaz bölgəsində 500 minə yaxın əhali yaşayır, cəmi 2 emal müəssisəsi var. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, bu istiqamətdə addım atılmayıb.
Millət vəkili əlavə edib ki, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar bölgələrdə iş yerlərinin açılması hökumət üçün prioritet olmalıdır. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə də iş yerlərinin açılması, hərbi sənaye müəssisələrinin yaradılmasını təklif edib.
“Müharibə veteranlarına verilən 80 manat müavinətin məbləğinə baxılmasını da xahiş edirəm” - deyən V.Əhmədov dövlət şirkətlərinin tədricən özəlləşdirilməsi ilə bağlı da təklif verib.
Sonda deputat Bakı-Quba yolunun bir hissəsinin təmir olunmasına və istifadəyə verilməsinə görə ölkə başçısına və hökumətə təşəkkürünü bildirib. Amma yolun digər hissəsinin təmir olunmadığını bildirib və bu işin başa çatdırılmasını zəruri sayıb. Eyni zamanda Bakı-Quba yolunda ödənişin məbləğinin azaldılmasını zəruri sayıb.
O bildirib ki, son günlərdə 10 dəfə Qubada olub: “Ödənişli yolda demək olar ki, maşın yoxdur”//Musavat.com

14-11-2023, 15:30 173

Digər xəbərlər

Dənizkənarı kirayə bazarı bahalaşır – Sumqayıt alternativ kimi ön plana çıxır

Sumqayıtda illərdir baxımsız qalan küçələr – sakinlər problemin həllini istəyir - FOTO/VİDEO

Sumqayıtda sakinlər yoldakı problemə görə kömək istəyirlər - FOTO

Abbas Əraqçi Pakistana gedir: Vaşinqtonla kritik görüşün detalları sızdı

Sumqayıt məktəbliləri buraxılış imtahanında maksimum nəticə göstəriblər - FOTO

Qobustanda torpaq çökdü – 1 nəfər xilas edildi, 1 nəfər həlak oldu - VİDEO

Əli Əsədov fərdi istilik sistemləri ilə bağlı yeni qaydaları təsdiqlədi

Kür çayı ilə bağlı ŞOK - 10 il əvvəlki fəlakət təkrarlana bilər

İran raket taktikasını DƏYİŞDİ: Yeraltı bazalarda təhlükəli əməliyyat - FOTOLAR

AZAL-dan Naxçıvan reysləri ilə bağlı sərnişinlərə çağırış

Qadınları pul müqabilində görüşdürən şəxs həbs olundu – Sumqayıtda da fəaliyyət göstərib

Sumqayıtda sakinlər 20 illik yol probleminə görə kömək istəyirlər - FOTO

Zakir Fərəcov Sumqayıtda növbəti səyyar qəbul keçirdi - FOTOLAR

Türk milyarderin satdığı 73 illik zavod BAĞLANDI

Sumqayıtda sakinlərdən tikinti şikayəti: “Evimiz çatlayıb” – qarşı tərəf iddiaları rədd edir

Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi

Sumqayıtda yarımçıq tikili milyonlarla manata satıldı

Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI

Etimaddan Strateji İttifaqa: Bakı–Riqa geosiyasi yaxinlaşması

Azərbaycanda qəsdən adam öldürməyə görə cəzalar açıqlandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1044
Dünən, 20:45
Dünən, 19:00
Dünən, 16:46
Dünən, 16:39
Dünən, 16:34
Dünən, 16:02
Dünən, 15:54
Dünən, 15:38
Dünən, 15:36
Dünən, 15:33
Dünən, 15:11
Dünən, 14:42
Dünən, 14:16
23-04-2026, 21:21
23-04-2026, 19:28
23-04-2026, 19:18
23-04-2026, 16:26
23-04-2026, 16:17
23-04-2026, 12:26
23-04-2026, 12:18
23-04-2026, 11:56
23-04-2026, 11:46
23-04-2026, 09:53
23-04-2026, 09:46
23-04-2026, 09:19
22-04-2026, 22:36
22-04-2026, 22:32
22-04-2026, 19:38
22-04-2026, 19:25
22-04-2026, 19:11
22-04-2026, 17:59
22-04-2026, 16:39
22-04-2026, 16:27
22-04-2026, 16:23
22-04-2026, 15:17
22-04-2026, 14:45
22-04-2026, 14:39
22-04-2026, 14:31
22-04-2026, 14:29
22-04-2026, 13:21
1 2 3 4 5 6 7 8 9 10 ... 1044