Sumqayıtda pul borcu üstündə dava —TƏFƏRRÜAT



Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Qədir pul borcu üstündə yaranan münaqişə zamanı tanışı Altaya (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Sumqayit.tv-in əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində baş verib. 
Hadisəni törədən Qədirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qədir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Altayı təxminən 4 il əvvəl tanıyıb: “Həmin vaxt Altay Kotec qəsəbəsində kirayədə yaşayırdı. Həmin vaxtdan da onunla münasibətlərimiz yarandı. Hadisə günü, saat 21.30-da yaşadığım ünvana getdiyim zaman “Las Vegas” kafesinin yaxınlığında Altayı gördüm. Onunla söhbət etməyə başladım. Söhbət zamanı Altaya təxminən 6 ay əvvəl borc verdiyim 70 manatı tələb etdim. O da hazırda maddi imkanının olmadığını, imkanı olduğu zaman mənə olan 70 manat borcunu ödəyəcəyini dedi”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, lakin həmin vaxtdan Altayı görmədiyini, buna görə də pulun indi istədiyini bildirib: “Yenə də təkid edərək pulumu istədim. Buna görə də Altay əsəbiləşdi. Altay yüksək səslə imkanı olmadığını bildirərək ünvanıma nalayiq ifadə işlətdi. Bundan sonra onun üzərinə getdim. Həmin vaxt da sağ əlim ilə Altayın sol göz nahiyəsinə yumruqla bir dəfə zərbə vurdum. Altay da barəmdə polisə müraciət edəcəyini bildirdi. Mən də Altayı vurduğumdan peşman oldum. Ondan üzr istəmək istədim. Altay da yenidən məndən şikayət edəcəyini bildirdi və oradan getdi”.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. 
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 
Bu səbəbdən Qədirin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.//demokrat.az 

14-11-2023, 14:03 181

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065