Sumqayıtlı şəhid anasının müddətsiz əlilliyi niyə etibarsız sayılıb? - AÇIQLAMA

Talassemiya xəstəliyindən əziyyət çəkən şəhid anasının təyin edilmiş müddətsiz əlilliyi ləğv olunub.
Sumqayit.tv
xəbər verir ki,  bununla bağlı Oxu.Az-a müraciət edən şəhid Elvin İsmayılovun ailəsi məlumat verib. Şəhidin atası Arif İsmayılov qeyd edib ki, xanımı Sevil İsmayılova Talassemiya Mərkəzində talassemiya daşıyıcısı kimi qeydiyyatdadır:
“2017-ci ildə onun talassemiya daşıyıcısı olduğu müəyyənləşib. O vaxtdan indiyə qədər mütəmadi müalicə alır, müayinələrdən keçir, dərmanlar qəbul edir. Bakıya gediş-gəliş çətin olduğuna görə müalicələrini Talassemiya Mərkəzində deyil, Sumqayıtda davam etdirib.
Sevil xanımın xəstəliyinə görə müddətsiz əlillik təyin edilib. Lakin sonradan bu ləğv edildi. Həyat yoldaşımın qan dəyərləri aşağıdır, xəstəlik əmək qabiliyyətini itirməsinə gətirib çıxarıb. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, şəhid anasının əlilliyi bərpa edilməyib.
Açığını deyim ki, bu məsələnin təqaüd tərəfi bizim üçün həyati vacib məqam da deyil. Gözümüzün ağı-qarası, illər sonra dünyaya gələn yeganə oğlumuzu şəhid vermişik. Dünyamız o idi, dünya malında gözümüz yoxdur. Amma şəhidin anasına bu cür diqqətsiz yanaşılmağı, əmək qabiliyyəti olmadığı halda əsassız yerə əlilliyinin alınması bizi incitdi. Hansı qapıya getsək, ümumi sözlərlə yola saldılar, kimsə şəhid ailəsi olmağımızla maraqlanmadı. Dərdimizi kimə deyək?”
Məsələ ilə əlaqədar Oxu.Az aidiyyəti qurumlara sorğu ünvanlayıb. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov sorğumuza cavabında qeyd edib ki, Sevil İsmayılovanın əlilliyini agentlik ləğv etməyib:
“Sumqayıt şəhər sakini Sevil Yavər qızı Şirəliyevaya (İsmayılova) 2017-ci ildə II dərəcə (müddətsiz) əlillik təyin edilib. Lakin 22.12.2020-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş məktubla vətəndaş barədə məlumatların “Talassemiya xəstəliyi” üzrə reyestrdə aşkarlanmadığı barədə məlumat verilib. Bu səbəbdən şəhid anasının əlilliyi etibarsız hesab edilib.Nəzərinizə çatdıraq ki, S.Şirəliyeva cari ilin avqust ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qəbul edilib. Ona əlilliyinin yenidən qiymətləndirilməsi üçün diaqnozu ilə bağlı ixtisaslaşmış tibb müəssisəsinin yenilənmiş rəyini təqdim etməsi tövsiyə olunub. Rəy təqdim edildiyi halda agentlik tərəfindən müvafiq araşdırma aparıldıqdan sonra vətəndaşın əlilliyi ilə bağlı qanunvericiliyə uyğun qərar veriləcək”.
Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Tibbi Sığorta və Xəstə Xidmətləri Şöbəsinin müdiri Könül Məmmədova isə Sevil İsmayılovanın 29 avqust 2023-cü il tarixində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinə müraciət etdiyini diqqətə çatdırıb:
“O, həkim-hematoloq qəbulunda olub, talassemiya əlamətlərinin müəyyən edilməsi ilə bağlı laborator müayinədən keçib. Müayinələrin nəticəsi olaraq, onda talassemiya daşıyıcılığı təsdiqlənib.
Sevil İsmayılova növbəti dəfə cari ilin oktyabr ayının 9-da icbari sığorta üzrə müvafiq göndərişlə yenidən mərkəzə müraciət edib.
Vətəndaşa istəyindən asılı olaraq, ambulator kartından çıxarış verilə və sahə poliklinikasına müraciət edə bilər.
Qeyd edək ki, əlillik dərəcəsinin təyin olunması məqsədilə müvafiq qaydalara əsasən, talassemiya daşıyıcıları yox, yalnız talassemiya xəstələri reyestrə salına bilər”.

15-11-2023, 14:38 436

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065