Sumqayıtda yeni tikilən binanın sakinləri şirkət rəhbərlərindən narazılıq edirlər


Bu gün vətəndaşların haqlı narazılığına səbəb olan problemlərdən biri də Mənzil Tikinti Kooperativləri (MTK) ilə bağlıdır. Müasir dövrümüzdə MTK-ların insanlara yaratdığı maneləri saymaqla bitməz. Təəssüf doğuran hal isə odur ki, bu problemlər zamanla nəinki həllini tapmır, hətta günbəgün daha geniş vüsət alır. Əksər MTK-lar qanunsuz hərəkətləri ilə vətəndaşları incidir, onları bir çox hallarda çıxılmaz vəziyyətdə qoyurlar.
Sumqayit.tv xəbər verir ki, konkret.az-a ünvanlanan şikayət məktubundan da aydın olur ki, MTK-larla bağlı iradlarımız heç də əsassız deyil. Və əksəriyyətinin əməlləri sırf korrupsiya faktına söykənir. Vətəndaşlara qarşı qanunsuzluqda adı hallanan “Lider” MTK-dan da narazılıq belə bir faktla bağlıdır.
MTK tərəfindən Sumqayıt şəhər 6-cı mikrorayon ərazisində inşa edilən 33f saylı binanın sakinləri şirkət nümayəndələrinin onları incitdiyini, evlərini sənədləşdirmək üçün lazım olan maliyyə arayışı verməkdən boyun qaçırdıqlarını deyirlər: “Biz bir ildən çoxdur “Lider” MTK-nın binasından ev almışıq. Və dəfələrlə maliyyə arayışı almaq məqsədilə müraciət etsək də, rədd cavabı verilib. Səbəb kimi də sayğacların binanı tikən şirkət tərəfindən alınaraq quraşdırıldığı göstərilib və bildirilib ki, sayğacın pulu tərəfimizdən ödənilməlidir. Bunun müqabilində də 1000 (min) manat ödəniş tələb edirlər.
Amma biz işıq, qaz və su idarələri ilə müqavilə bağlamışıq. Bir ildən çoxdur kommunal xidmətləri də ödəyirik. Şirkətin sayğaclarla bağlı bəhanəsini anlaya bilmirik. Və maliyyə arayışının bunun qarşılığı müqabilində verilməsini də düzgün hesab etmirik”.
Məsələnin hüquqi tərəfinə gəlincə, hüquqşünas Emil Aslanov bildirib ki, mənzillərə qaz sayğacı quraşdırılıbsa, deməli, həmin binaya “Azəriqaz” İstehsalat Birliyi tərəfindən texniki şərt verilib:
“Bu halda da qanunda nəzərdə tutulub ki, qaz sayğacının quraşdırılması hər mənzil üçün ödənişsiz olsun. Deməli, əgər maliyyə arayışı bu adla verilmirsə, tam qanunsuz hərəkətdir. Yəni maliyyə arayışının qaz sayğacıyla heç bir əlaqəsi yoxdur”.
Ekspert hesab edir ki, maliyyə arayışı müqavilə bağlanarkən MTK-ya mənzilin dəyəri tam ödənildiyində verilməlidir: “Bu, mənzilin dəyərinin tam ödənildiyini, yəni vətəndaşın şirkətə heç bir borcunun olmadığını təsdiq edən sənəddir”.
Məsələ ilə bağlı “Lider” MTK-nın mövqeyini öyrənmək cəhdlərimiz isə baş tutmadı. Belə ki, MTK ilə bağlı müxtəlif istiqamətlərdə araşdırma aparsaq da, şirkət haqqında dəqiq bir məlumat əldə edə bilmədik. Hətta şikayətçilərdən də şirkətin əlaqə vasitələrini öyrənmək mümkün olmadı.
Buna baxmayaraq, qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Sonda onu da diqqətə çatdırmaq istəyirik ki, maliyyə arayışı ilə bağlı vətəndaşlardan qanunsuz ödəniş tələb edilməsi faktı əksər MTK-ların əlavə gəlir mənbəyinə çevrilib. Və əldə etdiyimiz digər məlumatlara görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qeydə alınan bu kimi faktlar operativ surədə araşdırılaraq, müsbət həllini tapır. Ümid edirik ki, dövlətin ali orqanları tərəfindən bu məsələnin həlli də özünü çox gözlətməyəcək və səlahiyyətlərini aşan şirkət rəhbərləri qanunla cəzalandırılacaqlar.

16-11-2023, 10:00 639

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065