Ramiz Mehdiyev torpaqlarını və əmlaklarını satır – FOTOSÜBUT! EKSKLÜZİV

 

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev özünün və yaxınlarının adında olan əmlaklarını, iri torpaq sahələrini satmağa başlayıb.
Musavat.com xəbər verir ki,  satışa çıxarılan əmlakların siyahısı uzun olsa da, hələlik onlardan biri – 50 hektarlıq torpaq sahəsi ilə bağlı məlumatları təqdim edirik. Belə aydın olur ki, sabiq PA rəhbəri özəl ərazisində var-dövlətini həyat yoldaşının adına rəsmiləşdirib.
Mehdiyevlərin satdığı torpaq Goranboyun Qaramusalı kəndində yerləşir. Əhalinin 2009-cu ilin siyahıya alınmasına əsasən kənddə 1131 nəfər yaşayır.  Kənd Kor çayının sahilində, Gəncə-Qazax düzənliyində yerləşir və məhsuldar torpaqları ilə şöhrət qazanıb. Kəndin adına gəlincə isə, Qara Musanın törəmələri, övladları mənasını bildirir. Kənd həmin nəslin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılıb. Mehdiyevlərin Qara Musanın törəmələrinə yaxından-uzaqdan qohumluq əlaqələrinin olub-olmamasına dair məlumat yoxdur.
Ramiz Mehdiyevin notariat ofisinə yazdığı ərizədə o, arvadının adına olan torpaq sahəsinin satılımasına etiraz etmədiyini bəyan edir.
Həmçinin məlum olur ki, sənədləşmə gərəyi olaraq Ramiz Mehdiyevin ərizəsində özünün də fotosu çəkilərək əks olunub. Sabiq PA rəhbəri vəzifədə olduğu illərdə hər hansı bir alqı-satqı işində adının keçməsinə imkan verməyib.
Qeyd etdiyimiz ərizədə Ramiz Mehdiyev yazır: 
“Bu ərizə ilə məlum edirəm ki, birgə nikah dövründə əldə edilmiş, arvadım - Mehdiyevə Qalina Yuryevnaya məxsus Goranboy rayonu, Qaramusalı kəndində yerləşən 50 hektar torpaq sahəsinin (icarə hüququnun) satılmasına etiraz etmirəm.
Eyni zamanda bəyan edirəm ki, ər (arvad) arasında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır.
Ramiz Mehdiyev ərizəni bu ilin aprelində yazıb. Bundan sonra həyat yoldaşının adına olan 50 hektar torpaq satılıb. Sənədlərdə torpaq sahəsinin hansı qiymətə verilməsi göstərilməsə də, belə məlumat var ki, torpaq sahəsi 350 min manata satılıb. Sabiq PA rəhbərinin digər əmlaklarını, torpaq sahələrini də satışa çıxardığına dair məlumatlar var. Bəzi dəqiqləşdirmələrdən sonra həmin məlumatları da təqdim edəcəyik.






16-11-2023, 14:47 163

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041